Operativlik, effektivlik, proqres  - Wolt-un hesabat sistemi və admin paneli işimizi xeyli asanlaşdırır
Far.Az xəbər saytı

Operativlik, effektivlik, proqres - Wolt-un hesabat sistemi və admin paneli işimizi xeyli asanlaşdırır


Bir İki Döner Shop 2014-cü ildə fəaliyyətə başlayıb və bu gün artıq 13 şöbəmiz mövcuddur. Azərbaycanda "Dönerism" konsepsiyasını yaradan və populyarlaşdıran ilk brendik. Yarandığımız gündən etibarən ənənəvi dönərə fərqli və müasir yanaşma gətirməyə çalışmışıq. Məhsullarımızın dadı və keyfiyyəti ilə yanaşı, təqdimata və xidmətə də xüsusi diqqət yetiririk. Bu gün Bir İki Dönər Shop öz konsepsiyası və üslubu ilə dönər mədəniyyətində tanınan yerli brendlərdən biridir.

1. Nə üçün Wolt ilə tərəfdaş olmağa qərar verdiniz? Bu qərarı verməyinizə təsir edən əsas amil nə oldu?

Son dövrlərin tendensiyalarını, insanların evdən və ya ofisdən çıxmadan sürətli, rahat və dadlı yemək sifarişinə olan tələbatının artmasını nəzərə alaraq, Wolt-un bütün bu ehtiyacları tam şəkildə qarşıladığını gördük və əməkdaşlığa başlamaq qərarına gəldik.

2. Wolt ilə əməkdaşlığa başladıqdan sonra biznesinizdə hansı dəyişikliklər baş verdi? İlk olaraq hansı nəticələri müşahidə etdiniz?

Əməkdaşlıq nəticəsində böyük və loyal müştəri auditoriyası qazandıq. Eyni zamanda, Wolt-un rahat rəy sistemi bizim üçün çox faydalıdır. Bu sistem vasitəsilə müştərilərdən mütəmadi olaraq geri dönüş alır, onların fikirlərini və istəklərini öyrənirik. Həmçinin kuryerlərlə kommunikasiya qurur, çatdırılma prosesini və qablaşdırmanı daim təkmilləşdirmək üzərində işləyirik.

3. Wolt sizə yeni müştərilər cəlb etmək və satışlarınızı artırmaqda necə kömək edir? Bununla bağlı bölüşə biləcəyiniz nümunələr varmı?

Wolt-un reklam və marketinq imkanları sayəsində endirimlər, sərfəli kombo təkliflər, yeni filialların açılışı və menyudakı yeniliklər barədə insanları operativ şəkildə məlumatlandıra bilirik. Bundan əlavə, Wolt ilə əməkdaşlıq çərçivəsində həm Wolt-un özü, həm də digər brendlərlə bir sıra maraqlı kollaborasiyalar həyata keçirmişik. Bu layihələr brendimizin tanınmasının daha da artmasına böyük töhfə verib.

4. Onlayn müştəri ilə oflayn müştəri arasında fərq görürsünüzmü? Əgər bəli, əsas fərqlər nələrdir?

Xeyr, biz onlayn və oflayn müştərilərimizi bir-birindən ayırmırıq. Hər iki auditoriyanın öz rəyləri, istəkləri və ehtiyacları var. Əslində, onlayn və oflayn müştəri eyni insandır - sadəcə həftənin və günün fərqli vaxtlarında fərqli sifariş üsulunu seçir.

5. Wolt-un hansı alətləri və ya imkanları sizin üçün ən faydalı olub? Biznesinizi daha səmərəli inkişaf etdirməyə ən çox nə kömək edir? Sizcə, Wolt-un ən dəyərli üstünlükləri hansılardır?

Wolt-un hesabat sistemi və admin paneli işimizi xeyli asanlaşdırır. Platforma ilə işləmək çox rahatdır və təqdim olunan məlumatlar gündəlik olaraq müştərilərimizin tələbatını daha yaxşı anlamağa və onların istəklərinə daha operativ cavab verməyə kömək edir.

Mən xüsusilə Wolt komandasının operativliyini qeyd edərdim. Birbaşa kommunikasiya imkanının olması və komandanın hər zaman dəstək göstərməyə hazır olması əməkdaşlığımızı daha rahat və effektiv edir.

Mən əsas üstünlüklər arasında bunları qeyd edərdim:

* Əlavə satış kanalı - restoran hər bir müştərini ayrıca cəlb etməyə ehtiyac duymadan Wolt istifadəçilərindən sifarişlər əldə edir. Wolt restoranları, müştəriləri və kuryerləri birləşdirən rahat texnoloji platforma rolunu oynayır.

* Geniş auditoriyaya çıxış - restoran Wolt kataloqunda yer alaraq artıq tətbiq vasitəsilə yemək axtaran böyük auditoriyaya çıxış əldə edir və yeni müştərilər cəlb edə bilir.

* Şəxsi kuryer heyətinə ehtiyacın azalması - restoran öz çatdırılma xidmətini ayrıca təşkil etmək əvəzinə Wolt-un infrastrukturundan və kuryer tərəfdaşlarından istifadə edə bilir.

* Aksiyalar və Wolt+ vasitəsilə tanıtım - restoranlar müxtəlif kampaniyalarda və Wolt+ istifadəçiləri üçün nəzərdə tutulan xüsusi təkliflərdə iştirak edərək həm satışlarını, həm də görünürlüklərini artıra bilirlər.

6. Sizin fikrinizcə, son bir neçə ildə alıcıların davranışı necə dəyişib? Hansı əsas tendensiyaları müşahidə edirsiniz?

Məhsullarımız həm onlayn, həm də oflayn kanallarda yaxşı satılır. Müştərilər hər iki formatda menyumuzdakı məhsullara maraq göstərirlər.

7. Sizin fikrinizcə, son bir neçə ildə alıcıların davranışı necə dəyişib? Hansı əsas tendensiyaları müşahidə edirsiniz?

Əvvəllər insanlar onlayn sifariş və alış-verişə müəyyən qədər skeptik yanaşırdılar. Bu gün isə onlayn xidmətlər onların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. İnsanlar artıq rahatlığa, vaxta qənaətə və istədikləri məhsulu olduqları yerdən sifariş etmək imkanına üstünlük verirlər.

8. Əgər Wolt ilə əməkdaşlığınızı cəmi üç sözlə təsvir etməli olsaydınız, bu sözlər hansılar olardı və niyə?

Operativlik. Effektivlik. Proqres.

Operativlik - Wolt komandası, kuryerlər və müştərilərlə çox sürətli kommunikasiya və geri dönüş imkanının olmasıdır.

Effektivlik - Wolt-un təqdim etdiyi marketinq alətlərindən yüksək nəticə və real geri dönüş əldə etməyimizdir.

Proqres - platformanın funksiyalarının və brend kommunikasiyasının daim yenilənməsi, inkişaf etdirilməsi və istifadəçi təcrübəsinin hər gün daha da yaxşılaşdırılmasıdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər