İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB-2
Qırğızıstanın paytaxtı Bişkek şəhərində avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.
"Report" xəbər verir ki, dövlət başçısı Qazaxıstan Respublikasının yeni parlamentinə - Qurultaya keçirilən ilk seçkilərin uğurla baş tutması münasibətilə təbriklərini çatdıraraq qeyd etdi ki, bu, Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı islahatlara Qazaxıstan xalqının dəstəyinin növbəti nümunəsi idi.
Qazaxıstan Prezidenti dövlətimizin başçısının göndərdiyi təbrik məktubuna və Azərbaycandan olan müşahidəçilərin bu seçkilərdə fəal iştirakına görə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olundu, münasibətlərimizin dərinləşdirilməsində yüksək səviyyədə qarşılıqlı səfərlərin və təmasların önəmi vurğulandı. Nəqliyyat-logistika məsələləri müzakirə olundu, Orta Dəhlizin əhəmiyyətinə toxunuldu, bu istiqamətdə Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Dövlət başçıları Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitinin Bakıda keçiriləcəyinə də toxunublar.
Söhbət zamanı gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü başa çatıb.
Bu barədə "Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir.
Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü keçirilir.
Bu barədə "Report"un Qırğızıstana ezam olunan əməkdaşı xəbər verir.
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
-
İstanbulda avtobus qəzasında ölənlərin sayı artıb
-
Putin MKİ rəhbəri ilə görüşməyib
-
SEPAH sözçüsü: ABŞ-nin PUA hücumu strateji səhvdir
-
"Tasnim": ABŞ ordusu Larak adasına hücum edib, ölənlər var
-
Böyük Britaniyanın beynəlxalq axtarışa verdiyi şəxs İstanbulda tutulub













