Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyənləşib
Azıx mağarasının bir neçə girişdən ibarət olduğu müəyyən edilib və ikinci girişdən daxil olmaqla kahanın yeni istiqamətdə tədqiqinə başlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının və Elm və Təhsil Nazirliyinin rəhbərliyi, nümayəndələri Azıx mağarasında beynəlxalq ekspedisiya tərəfindən aparılan arxeoloji qazıntı işləri ilə tanış olarkən məlumat verilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elm və təhsil nazirinin müavini İdris İsayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, ETN Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman və başqaları Azıx mağarasında aparılan qazıntı yerlərini gəzib və aparılan tədqiqatlar barədə ətraflı məlumat alıblar.
Akademik İsa Həbibbəyli Azıx beynəlxalq ekspedisiyasının üzvləri ilə son illərdə AMEA Rəyasət Heyətində keçirilən görüşlərindən danışaraq bu il arxeoloji qazıntılarda iştirak edən xarici ölkə alimlərinin tərkibinin genişləndirildiyini və mühüm elmi nəticələrin əldə edildiyini bildirib.
Aparılan tədqiqatların nəticələrini əks etdirən elmi məqalələrin dünyanın nüfuzlu elmi jurnallarında çap edilməsinin əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli birgə elmi ekspedisiyaların elm və təhsil sahəsində inteqrasiyanın genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
AMEA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib
-
"Bloomberg": NATO İspaniya və Yunanıstandan "Patriot" raketlərinin Ukraynaya verilməsini tələb edir













