UKMTO: Oman sahillərində gəmiyə hücum edilib
Far.Az xəbər saytı

UKMTO: Oman sahillərində gəmiyə hücum edilib


Oman sahilləri yaxınlığındakı sularda tanker hücuma məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

"UKMTO Mərkəzi Xəsəb limanından (Oman) 17 dəniz mili şərqdə baş vermiş insident barədə məruzə alıb. Hörmüz boğazından çıxış istiqamətində hərəkət edən tanker üç naməlum mərmi ilə vurulub", - UKMTO-dan bildirilib.

Məlumata görə, gəmi heyətinin üzvləri xəsarət almayıblar və təhlükəsizlikdədirlər. Ətraf mühitə zərər dəyməsi barədə məlumat daxil olmayıb.

İnsidentin əlavə detalları, o cümlədən gəminin adı və qeydiyyat limanı açıqlanmayıb.

Oxşar xəbərlər

Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Azov dənizində gəmiyə dron hücumunda həlak olan Fuad Orucov Xaçmazda dəfn edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər