BMT nümayəndəsi: Süni intellekt minatəmizləmə fəaliyyətinə kömək etsə də, insan əməyini əvəz etmir
Far.Az xəbər saytı

BMT nümayəndəsi: Süni intellekt minatəmizləmə fəaliyyətinə kömək etsə də, insan əməyini əvəz etmir


Süni intellekt, dronlar və qabaqcıl sensorlar kimi texnologiyalar humanitar məqsədli minatəmizləmə fəaliyyətinə kömək etsə də, yaxın zamanlarda insan əməyini əvəz etməsi gözlənilmir.

"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Mina Təmizləmə Xidmətinin (UNMAS) Mina Təmizləmə Proqramının rəisi Mark Konnelli "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, minatəmizləmə faəliyyətində maliyyələşmə və texnologiyaya dair təlim keçmiş mütəxəssislərə dünyanın hər yerində ehtiyac var:

"Bunların hər biri eyni dərəcədə əhəmiyyətlidir, yeni texnologiyalar daim inkişaf etdirilir və müxtəlif ölkələrdə sınaqdan keçirilir. Süni intellekt, dronlar və qabaqcıl sensorlar kimi texnologiyalar humanitar məqsədli minatəmizləmə fəaliyyətində müəyyən qədər kömək edir və bir çox ölkədə inkişaf etdirilərək sınaqdan keçirilir. Lakin hələlik insan əməyini tam əvəz edə bilmir. Bu, hazırda sənaye daxilində araşdırılan maraqlı mövzulardan biridir".

BMT nümayəndəsi dünyada minatəmizləmə məsələsinə də toxunub:

"UNMAS olaraq biz BMT Katibliyinin minatəmizləmə üzrə əsas əlaqələndirici qurumu kimi çıxış edirik. Buna görə də mina olmayan dünyaya nail olmaq istiqamətində işə rəhbərlik edirik və bunun üçün əlimizdən gələni əsirgəmirik. Əməkdaşlıqlar barədə isə onu deyə bilərəm ki, daha çox maliyyələşmə hər zaman yaxşıdır. Amma texnologiya, əməkdaşlar və avadanlıq olmadan maliyyədən də səmərəli istifadə etmək mümkün deyil. Hətta əlavə maliyyə ayrılsa belə, bunlar olmadan həmin vəsaiti istifadə edə bilmərik. Maliyyələşmə, əlbəttə, həmişə problem olaraq qalır, amma bununla yanaşı, müvafiq insan resurslarına və dəstəyə də ehtiyac var".

Oxşar xəbərlər

Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər