Azərbaycanın Rusiyadakı səfiri Federasiya Şurasında parlamentlərarası əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycanın Rusiyadakı səfiri Federasiya Şurasında parlamentlərarası əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib


Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev RF Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin və Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasinlə görüşüb.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlığının intensivləşdirilməsi, eləcə də Milli Məclis və Rusiya Federasiyası Federal Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının növbəti iclasının keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin ikitərəfli münasibətlərin aktual məsələləri və regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan səfiri müsahiblərinə Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin gedişi barədə məlumat verib, Ermənistanın normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının yer aldığı və sülh sazişinin imzalanmasına əsas maneə olan müddəaların tezliklə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər