Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirakı ilə beynəlxalq düşərgə keçirilib
Gürcüstanın Kvareli şəhərində Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib.
"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, tədbir Kvareli Ədliyyə Təlim Mərkəzinin bazasında təşkil olunub.
Beynəlxalq gənclər düşərgəsində Azərbaycanı Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti və 13 gənc təmsil edib.
Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Baia Kvitsiani düşərgənin açılışında çıxış edib. O, layihənin əhəmiyyətindən danışaraq, gənclər siyasətinin gücləndirilməsi istiqamətində keçirilən tədbirləri diqqətə çatdırıb.
Gürcüstanın Gənclər Agentliyinin həyata keçirdiyi layihədə bu ölkə ilə yanaşı, Azərbaycan və Türkiyədən 18-29 yaşlı gənclər iştirak edib.
Layihənin məqsədi gənclər arasında mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, təcrübə mübadiləsinin aparılması və komanda əməkdaşlığının gücləndirilməsi olub.
İştirakçılar proqram çərçivəsində qeyri-formal təhsil metodlarına əsaslanan interaktiv görüşlərdə, təlimlərdə və komanda fəaliyyətlərində iştirak ediblər. Həmçinin mədəniyyət gecələri və Gürcüstanın mədəni irsi ilə tanışlıq məqsədilə maarifləndirici ekskursiyalar təşkil olunub.
Tədbir çərçivəsində keçirilən mədəniyyət gecəsində muğam ifaçısı Yusif Cəfərbəyli Azərbaycan milli musiqisini və muğam sənətini təqdim edib.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçusu arasında atışma olub, ölən və yaralanan var
-
Röya Ayxan və Kazım Candan "Dosta" yeni sürprizi
-
"Bloomberg": BVF Venesuelada nümayəndəlik açmaq imkanını nəzərdən keçirir
-
Rusiya və Monqolustanda taunun təbii ocağı hələ də qalır
-
Fransada Le Penin baş örtüyü planına qarşı etiraz aksiyası başlayıb
-
Astanada türk dünyasının ortaq gələcəyinə dair müzakirə təşkil olunacaq













