Vüqar Süleymanov: Minatəmizləmə fəaliyyəti Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun aparılır
Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edilməklə Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun həyata keçirilir.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Süni intellektin çoxsaylı təhlükələrə dair erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları" adlı panel sessiyada deyib.
Onun sözlərinə görə, Azərbaycan minatəmizləmə sahəsində öz təcrübəsini inkişaf etdirməyə və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə hazırdır:
"Təmizləmə əməliyyatları zamanı mina və partlayıcı qurğuları aşkar edən detektor və maqnetik-lokatorlar, dərin axtarış cihazları, sahələrdə coğrafi koordinatların dəqiq əldə edilməsi üçün DGPS kimi avadanlıqlar, tədqiqat və təmizləmə əməliyyatlarında xüsusi təyinatlı mexaniki minatəmizləmə vasitələrindən, eləcə də ərazinin daha dəqiq öyrənilməsi, tədqiqatı üçün pilotsuz uçuş aparatlarından istifadə olunur. Məqsəd həm təhlükəsizliyi maksimum təmin etmək, həm də iş prosesini daha səmərəli qurmaqdır. Biz inanırıq ki, süni intellekt, rəqəmsal texnologiyalar və erkən xəbərdarlıq mexanizmləri insanların həyatının qorunmasına, risklərin azaldılmasına və təhlükəsiz inkişafın təmin edilməsinə mühüm töhfə verə bilər".
Oxşar xəbərlər
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
-
Tramp Bombardier təyyarələrinin ABŞ-də satışını dayandıracağını açıqladı
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər













