Sədr müavini: Dini Komitə xaricdəki azərbaycanlıların dini-mənəvi ehtiyaclarına dəstəyi gücləndirib
Far.Az xəbər saytı

Sədr müavini: Dini Komitə xaricdəki azərbaycanlıların dini-mənəvi ehtiyaclarına dəstəyi gücləndirib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Vətən müharibəsindən sonra xaricdə yaşayan azərbaycanlıların dini-mənəvi ehtiyaclarının ödənilməsi üçün fəaliyyətini daha da gücləndirib.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

O, bu istiqamətdə görülən işlərdən danışaraq qeyd edib ki, proses bundan sonra da davam etdiriləcək:

"Proses çərçivəsində qardaş Türkiyədə, Gürcüstanda yaşayan, din sahəsində fəaliyyət göstərən soydaşlarımızın işğaldan azad edilmiş ərazilərə səfərlərini təşkil edirik".

Qurum rəsmisi qeyd edib ki, budəfəki səfərdə İraqda yaşayan azərbaycanlılar da iştirak edirlər:

"Bu gün burada olmaq və gələn qonaqlarımızın məscidləri ziyarət edərkən keçirdikləri hissləri, o göz yaşlarını görmək çox duyğuludur. Bu anlar həm də şəhidlərimizin ruhunun necə şad olmasını göstərir".

G.İsmayılov tədbirin adının təsadüfi seçilmədiyini də vurğulayıb.

"Zəfər yolu: Qələbənin izi ilə" şüarı təsadüfi seçilən ad deyil. Bu, əslində, 50 milyonluq Azərbaycan xalqının zəfərinin yoludur".

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər