Keçmiş məcburi köçkün: Şəhidlərimizə borcumuzu ödəyə bilmərik
Far.Az xəbər saytı

Keçmiş məcburi köçkün: Şəhidlərimizə borcumuzu ödəyə bilmərik


İnşallah, bizim kimi digərlərinin də torpaq həsrəti tez zamanda sona çatar.

"Far.Az" xəbər verir ki, bunu Cəbrayıl rayonun Şükürbəyli kəndinə köç edən keçmiş məcburi köçkün Məhəmməd Mustafayev jurnalistlərə açıqlamasında deyib.

"30 il idi, yataqxanada qalırdıq, bu gün isə doğma torpağımıza qayıdırıq. Bizə bu günləri nəsib edən şəhidlərimizə borcumuzu ödəyə bilmərik, Allah onlara rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Ali Baş Komandanımızın yolu hər zaman açıq olsun.

Bura üç nəfər gəlmişdik, indi isə doqquz nəfər qayıdırıq. İnşallah, bizim kimi digərlərinin də torpaq həsrəti tez zamanda sona çatar", - keçmiş məcburi köçkün deyib.

Qeyd edək ki, Şükürbəyli kəndinə 25 ailə - 154 nəfər köçürülür.

Oxşar xəbərlər

Növbəti köç karvanları Zəngilan şəhərinə, Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib
Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib
Prezident və birinci xanım Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - YENİLƏNİB
Şükürbəyli kəndində daha 46 ailəyə evlərinin açarları təqdim olunub
Növbəti köç karvanı Horovlu və Sos kəndinə çatıb, açarlar təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər