İsxak Hersoq Livan prezidenti ilə Kiprdə danışıqlar aparmağı təklif edib
Far.Az xəbər saytı

İsxak Hersoq Livan prezidenti ilə Kiprdə danışıqlar aparmağı təklif edib


İsrail Prezidenti İsxak Hersoq Kiprdə livanlı həmkarı Jozef Aunla danışıqlar aparmağa ümid etdiyini bildirib.

"Report" EFE-yə istinadən xəbər verir ki, bu barədə Kipr Respublikası Prezident Administrasiyasının press-relizində qeyd olunub.

"Mənim arzumdur ki, Livan prezidenti, siz və mən burada görüşə bilək. İnanıram ki, biz terrorizmi kökündən məhv edərək, regionun və bütün dünyanın rifahı naminə xalqlara firavanlıq təmin edərək regionumuzda sülhə doğru irəliləməliyik", - o, Nikosiyada Kipr lideri Nikos Xristodulidis ilə görüşündə deyib.

Xatırladaq ki, mart ayında Kiprdə İsrail və Livanın "Hizbullah" qruplaşması arasında danışıqların keçirilməsi ehtimalı müzakirə olunurdu, lakin nəticədə bu danışıqlar baş tutmadı.

Oxşar xəbərlər

İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İsrail-Livan atəşkəsi: kim nə qazanıb? - TƏHLİL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər