Emi Karlon: ABŞ-ni Bakıda keçiriləcək müdafiə sənayesi sərgisində yeni şirkətlər təmsil edəcək
Far.Az xəbər saytı

Emi Karlon: ABŞ-ni Bakıda keçiriləcək müdafiə sənayesi sərgisində yeni şirkətlər təmsil edəcək


ABŞ bu il Bakıda keçiriləcək ADEX beynəlxalq müdafiə sənayesi sərgisində iştirakı çərçivəsində əvvəllər sərgidə təmsil olunmamış şirkətlərini təqdim edəcək.

Bu barədə "Report"un Qarabağa ezam olunmuş müxbirinə xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsinə səfər edən ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon bildirib.

"Bu il biz ADEX-ə əvvəllər sərgidə iştirak etməmiş ABŞ şirkətlərini gətirəcəyik. Hərbi texnologiyalar və müdafiə sənayesi sahəsində ABŞ-nin nailiyyətlərini nümayiş etdirmək fürsəti bizi sevindirir", - o bildirib.

Emi Karlon qeyd edib ki, ABŞ sərgidə iştirak etməyi planlaşdırır və onun keçirilməsini səbirsizliklə gözləyir.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər