Safi Arpaquş: Türk dövlətlərində fətvalarla bağlı qarışıqlığı aradan qaldırmalıyıq
Far.Az xəbər saytı

Safi Arpaquş: Türk dövlətlərində fətvalarla bağlı qarışıqlığı aradan qaldırmalıyıq


Türk dövlətlərində fətvalarla bağlı qarışıqlıq aradan qaldırılmalıdır.

"Far.Az" xəbər verir ki, bu barədə Türkiyə Dini İşlər İdarəsinin sədri Safi Arpaquş Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə bəhs edib.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı mötəbər dini strateji alyansa çevrilib:

"Türk dövlətlərində fətvalarla bağlı qarışıqlığı aradan qaldırmalıyıq. Dini bayramların, Ramazan ayının və Qurban bayramının vaxtlarının ortaq tarixdə təsbiti, halal qida və s. sahələrdə əməkdaşlığımız vacibdir".

Safi Arpaquş vurğulayıb ki, bəzi qüvvələr tərəfindən islam dininin şiddət və terrorla əlaqələndirilməsi cəhdləri, eləcə də dünyanın müxtəlif bölgələrində müsəlmanlara qarşı sistemli təzyiqlər, nifrət nitqi və ksenofobiya narahatlıq doğurur:

"Türk dövlətləri olaraq sabitliyimizi və daxili təhlükəsizliyimizi təhdid edə biləcək bütün zərərli cərəyanlara qarşı ortaq mövqe və strategiyalar hazırlamaq məcburiyyətindəyik. Türk dövlətlərinin dini qurumları arasında təcrübə mübadiləsinin artırılması vacibdir. Bu, islam dininin dünya miqyasında yanlış qavranılmasının və terror təşkilatları tərəfindən istismar edilməsinin qarşısının alınmasına töhfə verə bilər".

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər