Kubanıçbek Ömüralıyev Türk dövlətlərinin dini liderlərinin Bakı görüşünü dəyərləndirib
Türk dövlətlərinin dini liderlərinin hazırkı formatda görüşü böyük əhəmiyyət daşıyır.
"Far.Az" xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Bakıda keçirilən Müsəlman dini liderlərinin 7-ci Görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu görüşlər Türk Dövlətləri Təşkilatı çərçivəsində həm dini, həm də ictimai məsələlərin müzakirəsi baxımından olduqca vacibdir:
"Bugünkü gündəliyimizdə bir sıra mühüm məsələlər yer alır. Onlardan biri elm və biliyin, xüsusilə islamda elmə və təhsilə verilən əhəmiyyətin müzakirəsidir. İkinci mühüm məsələ ailə institutudur. Ailənin qorunması, ailə dəyərlərinin gələcək nəsillərə ötürülməsi bu gün bütün cəmiyyətlər üçün böyük əhəmiyyət kəsb edir.
Eyni zamanda, dünyada baş verən sürətli rəqəmsal dəyişikliklər və yeni texnologiyaların həyatımıza təsiri də diqqət mərkəzindədir. Biz bu proseslərə islamın dəyərləri və prinsipləri baxımından yanaşmalı, müasir texnologiyaların yaratdığı imkan və çağırışları birlikdə müzakirə etməliyik. Bu baxımdan, dini qurumlar arasında əməkdaşlığın gücləndirilməsi və fətva komitələrinin fəaliyyətinin əlaqələndirilməsi mühüm addımdır".
Baş katib vurğulayıb ki, Azərbaycanın dini liderlərinin, müftilərinin və digər dini qurumların nümayəndələrinin bu prosesdə fəal iştirakı xüsusi əhəmiyyət daşıyır:
"Azərbaycan Prezidenti İlham Əliyevin dini liderlərə və toplantı iştirakçılarına göndərdiyi məktub da bu əməkdaşlığa verilən yüksək diqqətin və dəstəyin göstəricisidir.
Ümumilikdə, Türk Dövlətləri Təşkilatı çərçivəsində dini təhsil müəssisələri və dini qurumlar arasında əməkdaşlığın genişləndirilməsi təcrübə və bilik mübadiləsinə, müasir dini təhsilin inkişafına, ortaq dəyərlərin qorunmasına və gənc nəslin düzgün istiqamətləndirilməsinə mühüm töhfə verə bilər".
Oxşar xəbərlər
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb
-
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
-
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürür
-
Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb













