Rəvan Həsənov: Dini liderlərin sülhə və icmalar arasında dialoqa töhfə vermək kimi mühüm məsuliyyəti var
Far.Az xəbər saytı

Rəvan Həsənov: Dini liderlərin sülhə və icmalar arasında dialoqa töhfə vermək kimi mühüm məsuliyyəti var


Dini liderlərin sülhə, qarşılıqlı hörmətə, ictimai harmoniyaya və icmalar arasında dialoqa töhfə vermək kimi mühüm məsuliyyəti var.

"Far.Az" xəbər verir ki, bunu Bakı Beynəxalq Multikulturalizm Mərkəzinin İcraçı dirrktoru Rəvan Həsənov Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının Bakıda keçirilən 7-ci görüşü çərçivəsində azərbaycanlı mütəfəkkir və alim şeyx Seyid Yahya Bakuviyə həsr edilmiş Birinci Beynəlxalq elmi-praktiki konfransın bölmə iclaslarında deyib.

O qeyd edib ki, bu liderlərin anlaşmanın, mənəvi dəyərlərin və dinc birgəyaşayışın təşviqində ortaq məsuliyyəti var:

"Sürətlə dəyişən dünyada belə dialoqun xüsusi əhəmiyyəti var. Din cəmiyyətlərin mənəvi və mədəni həyatının formalaşmasında mühüm rol oynamaqda davam edir. Dini liderlərin də sülhə, qarşılıqlı hörmətə, ictimai harmoniyaya və icmalar arasında dialoqa töhfə vermək kimi mühüm məsuliyyəti var. Bu mühüm görüşün Azərbaycanda keçirilməsi və Şeyx Seyid Yəhya Bakuvi-yə həsr olunmuş konfransla müşayiət olunması da xüsusi məna daşıyır".

R.Həsənov vurğulayıb ki, Bakuvi irsi keçmişlə bu gün arasında mühüm körpü yaradır:

"Bu irs göstərir ki, ortaq irsimiz yalnız tariximizlə əlaqəmizi təmin edən vasitə deyil, həm də gələcək əməkdaşlığımız üçün əsas ola bilər".

YENİLƏNİR

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər