Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda üçgünlük təlim təşkil olunub
Ombudsman tərəfindən elan edilmiş "Sülh Aylığı" çərçivəsində Lənkəran şəhərində "Bərabərlik, ayrı-seçkiliyə yol verilməməsi və inklüzivliyin təşviqi" mövzusunda üçgünlük təlim başlayıb.
"Far.Az"un Cənub bürosunun məlumatına görə, Azərbaycan Ombudsman təsisatı və Avropa Şurasının (AŞ) Bakı Ofisi arasında əməkdaşlıq çərçivəsində təşkil olunan təlimin məqsədi bərabərlik və inklüzivlik dəyərlərinin təşviqi, ayrı-seçkilik, nifrət nitqi və dözümsüzlüyün bütün formalarının qarşısının alınması istiqamətində məlumatlılığın artırılmasıdır.
Təlimdə Ombudsman Aparatının əməkdaşları ilə yanaşı, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məhkəmə və hüquq-mühafizə orqanlarının, o cümlədən cənub regionunda fəaliyyət göstərən müvafiq qurumların nümayəndələri iştirak edirlər.
Təlim çərçivəsində yerli və xarici ekspertlər tərəfindən ayrı-seçkiliyin müxtəlif formaları, nifrət nitqi və ifadə azadlığı, ayrı-seçkilik yaradan narrativlər, eləcə də rəqəmsal mühitdə bərabərlik və inklüzivlik mövzularında təqdimatlar edilir və fikir mübadiləsi aparılır.
Proqramda həmçinin uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınması, əlilliyi olan şəxslərin hüquqlarına insan hüquqları əsaslı və inklüziv yanaşmalar, bərabərlik hüququnun təşviqi və uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı təqdimatlar keçirilir.
Təlim zamanı ayrı-seçkilik və nifrət nitqinə qarşı mübarizə, zərərli stereotiplərin və ayrı-seçkilik xarakterli narrativlərin müəyyənləşdirilməsi və qarşısının alınması, həmçinin bərabərlik, inklüzivlik və sosial həmrəyliyi təşviq edən kommunikasiya vasitələrinin hazırlanması ilə bağlı praktiki müzakirələr aparılır.
Təlim iştirakçıların ayrı-seçkiliyin müxtəlif formalarının müəyyənləşdirilməsi və qarşısının alınması, eləcə də bərabərlik və inklüzivliyin təşviqi istiqamətində bilik və bacarıqlarının artırılmasına yönəlib.
Təlim sentyabrın 17-dək davam edəcək.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
-
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
-
Nazir: "Binədə, Xırdalanda, Masazırda məktəbdəki sıxlıq problemini həll etmişik"
-
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
-
Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA
-
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq













