Bakıda Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın bölmə iclasları keçirilib
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarə rəhbərlərinin 7-ci görüşü çərçivəsində Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın bölmə iclasları keçirilib.
"Report" xəbər verir ki, iclasda çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Türk dünyasının dini liderlərinin mühüm görüşünün Azərbaycanda keçirilməsinin xüsusi məna daşıdığını deyib.
Bakuvi irsinin keçmişlə bu gün arasında mühüm körpü yaratdığını vurğulayan R. Həsənov bildirib ki, görüşün böyük mütəfəkkirə həsr olunmuş konfransla müşayiət olunması da mühüm əhəmiyyət kəsb edir:
"Bu irs göstərir ki, ortaq irsimiz yalnız tariximizlə əlaqəmizi təmin edən vasitə deyil, həm də gələcək əməkdaşlığımız üçün əsas ola bilər".
Avropa Türk-İslam Birliyinin baş direktoru Musa Sərdar Çələbi isə çıxışında TDT çərçivəsində həmrəyliyin əhəmiyyətini önə çəkib.
İranın Qum elmi hövzəsinin alimi, Ayətullah Şeyx Məhəmməd Rza Mustafa Manejheri Naini isə Bakuvini öz dövrünün görkəmli ilahiyyatçı, şair və mütəfəkkiri adlandırıb.
Bölmə iclaslarındakı çıxışlarda həmçinin bildirilib ki, müasir dövrdə çox aktual olan mötədil İslam nəzəriyyəsinin mötəbər şəxsiyyəti, İslam maarifçiliyinin parlaq nümayəndəsi, mütəfəkkir filosof və şair Seyid Yəhya Bakuvinin bu gün daha geniş miqyasda dünyaya tanıdılması elmi, ictimai və dini mühit üçün son dərəcə önəmlidir.
Bu gün qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada separatçılıq və dini radikalizm kimi bəşəriyyəti təhdid edən hadisələrin yaşandığı bir zamanda Bakuvi fəlsəfəsində mötədil İslamın təbliğinə, milli-mənəvi dəyərlərin birləşdirici gücünə və bəşəriyyət üçün vacib olan insan qardaşlığı prinsiplərinin təşviqinə böyük ehtiyac olduğu diqqətə çatdırılıb.
Qeyd olunub ki, Seyid Yəhya Bakuvinin irsi yalnız Azərbaycan üçün deyil, bütövlükdə İslam sivilizasiyasının mühüm mənəvi sərvətlərindən biri olaraq milli kimliyin, mənəvi suverenliyin və ortaq dini-irfani irsin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
-
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
-
Nazir: "Binədə, Xırdalanda, Masazırda məktəbdəki sıxlıq problemini həll etmişik"
-
Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA
-
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
-
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq













