Ramin Məmmədov Rusiya Müsəmanları Ruhani İdarəsinin nümayəndəsi ilə əməkdaşlığı müzakirə edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Rusiya Müsəmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Dəmir Muxetdinov ilə görüşüb.
"Far.Az" xəbər verir ki, bu barədə Komitədən bildirilib.
Görüşdə dini-mənəvi sahədə qarşılıqlı fəaliyyətin mövcud vəziyyəti, inkişaf perspektivləri və dini təhsil məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, müasir dövrün çağırışları fonunda islamofobiya və dini ayrı-seçkilik kimi təzahürlərə qarşı mübarizədə qlobal əməkdaşlığın, eləcə də birgə səylərin vacibliyi vurğulanıb.
Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanın mədəni müxtəlifliyin qorunması və dinlərarası sülhün təşviqi sahəsində həyata keçirdiyi konseptual yanaşmanın əsas xüsusiyyətlərini diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uğurlu siyasi kursa uyğun olaraq, ölkəmiz tolerantlığın və multikultural dəyərlərin dövlət səviyyəsində dəstəkləndiyi məkan kimi beynəlxalq mövqeyini ardıcıl şəkildə möhkəmləndirir.
Dəmir Muxetdinov Prezident İlham Əliyevin İslam həmrəyliyinin və konfessiyalararası harmoniyanın davamlılığının təmin edilməsi istiqamətindəki fəaliyyətinin müstəsna əhəmiyyətini qeyd edib. Rusiyanın mənəvi-dini müstəvidə Azərbaycanla sıx əməkdaşlıq etdiyini vurğulayan qonaq, bu əlaqələrin strateji xarakter daşıdığını və ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını bildirib.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xocavəndə köçən ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-2
-
Ağcabədidə Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
-
"Naxçıvan" basketbol klubu Səid İsmayılovu transfer edib
-
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
-
Göygöldə "Chevrolet" aşdı - Yaralılar var
-
Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var













