Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar
Far.Az xəbər saytı

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar


Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin Bakıda keçirilən 7-ci görüşü çərçivəsində Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Xocalı Memorial kompleksini ziyarət ediblər.

"Far.Az" xəbər verir ki, ziyarət zamanı Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qonaqlara kompleks haqqında məlumat verib.

O qeyd edib ki, Xocalı Memorial Kompleksi Xocalı faciəsi qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış memorial məkandır:

"Kompleks Xocalıda baş vermiş faciədə həlak olan insanların xatirəsini yaşadır. Memorial Azərbaycan xalqının faciənin qurbanlarını yad etməsi, Xocalı hadisələri barədə gələcək nəsillərin məlumatlandırılması və yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Burada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən hücumun necə baş verdiyini, faciənin görüntülərini əks etdirən fotolar və maketlər nümayiş olunur".

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər