Xocavəndin Şəhər Günü münasibətilə ictimai-mədəni tədbir keçirilib
20 Sentyabr – Xocavənd Şəhəri Günü münasibətilə Xocavənd şəhərində genişmiqyaslı ictimai-mədəni tədbir təşkil olunub.
"Far.Az"un Xocavəndə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, tədbir Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə təşkil edilib.
Tədbirin keçirilməsində məqsəd Xocavəndin işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünü və tam suverenliyini qeyd etmək, xalqımızın zəfər tarixini yaşatmaqdır.
Eyni zamanda, Xocavənd sakinlərini bir araya gətirmək, uşaqların və böyüklərin asudə vaxtını səmərəli və maraqlı keçirməsinə şərait yaratmaq, şəhərin mədəni həyatına töhfə vermək, eləcə də Böyük Qayıdış çərçivəsində doğma yurda qayıdan sakinlər üçün xoş və yaddaqalan bayram ab-havası formalaşdırmaqdır.
Gün boyu davam edəcək tədbirdə bir sıra mədəni - kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulub. Günün sonunda Xocavənd Şəhəri günü münasibətilə atəşfəşanlıq gözlənilir.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Bakıda Zəfər muzeyinin açılışı olub
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygölə dolu yağıb - FAKTİKİ HAVA
-
Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb
-
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
-
Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda vətəndaş qəbulu keçirib
-
Füzulidə dəhşətli qəza: Ölən və yaralananlar var
-
Albaniyada Dayanıqlı İnkişaf Məqsədlərinin sürətləndirilməsi üçün 6 milyon dollar ayrılıb













