Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub - YENİLƏNİB
Xankəndi, Ağdərə və Xocalı şəhər günləri münasibətilə sentyabrın 20-də Xankəndi şəhərində silsilə tədbirlər keçirilib.
"Far.Az" xəbər verir ki, şəhər sakinləri və qonaqlarda xoş ovqat yaradan konsert proqramından sonra Xankəndi səmasında möhtəşəm atəşfəşanlıq olub. Rəngarəng fişənglərin yaratdığı mənzərə şəhərin gecə səmasını işıqlandırıb.
Sentyabrın 20-də Xankəndi şəhərində Xankəndi, Xocalı və Ağdərə günləri münasibətilə konsert proqramı keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Far.Az"a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Xankəndi, Xocalı və Ağdərəyə dair hazırlanmış videoçarxı izləyiblər. Sonra tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı başlayıb.
Konsertdə Azərbaycanın Xalq artistləri və tanınmış müğənniləri səhnə alaraq, seçilmiş musiqi nümunələrini ifa ediblər. Mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərrux Cumayev və digər şəxslər iştirak ediblər.
Qeyd edək ki, Xankəndi, Xocalı və Ağdərə günləri ilə bağlı keçirilən tədbirlər həmin ərazilərin tarixi-mədəni irsinin, milli dəyərlərinin və müasir inkişafının diqqətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Konsert atəşfəşanlıqla başa çatacaq.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
Cəlilabadda açıq ərazi yanır
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













