Fərid Şəfiyev: Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək, erməniləşdirmək istəyirlər
Far.Az xəbər saytı

Fərid Şəfiyev: Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək, erməniləşdirmək istəyirlər


Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək, erməniləşdirmək istəyirlər.

"Far.Az" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi" mövzusunda keçiriIən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan ərazisində yaranan hər bir dövlət milli kimlikdə iz qoyub:

"Azərbaycan ərazisində bir sıra dövlətlər olub və hər bir dövlət bizim dövlətçiliyimizdə, bizim milli kimliyimizdə müəyyən bir iz qoyub. Bu məsələlər hər tərəfli araşdırılmalıdır, bununla bağlı işlər gedir, kitablar tərcümə olunur və sair. Amma təcrübə göstərir ki, burda hər hansı bir boşluq yarananda bundan istifadə edirlər".

Fərid Şəfiyev əlavə edib ki, diplomatların sonuncu Qarabağ səfərindən sonra bəzi erməni radikalları Qarabağda mövcud olan kilsələrin Azərbaycan tərəfindən "albanlaşdırıldığını" iddia edirlər:

"Lakin bu yanaşma reallığı əks etdirmir. Azərbaycanın ərazisində müxtəlif xalqlara və dini icmalara məxsus tarixi ibadət məkanları mövcuddur və ölkəmiz bu abidələrin qorunmasına diqqət yetirir. Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək istəyirlər. Yəni onu tamamilə erməniləşdirmək istəyirlər. Məqsəd ondan ibarətdir ki, onlar demək istəyirlər ki, burada böyük Ermənistan olub. Qafqaz Albaniyasının tarixi bu Böyük Ermənistan ideyasını müəyyən dərəcədə darmadağın edir. Bunu görür və qəbul etmək istəmirlər".

Xəbər yenilənir

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər