Məhkəmə ekspertizası sahəsində məlumatların vahid bazada toplandığı fond istifadəyə verilib
Far.Az xəbər saytı

Məhkəmə ekspertizası sahəsində məlumatların vahid bazada toplandığı fond istifadəyə verilib


Məhkəmə ekspertizası sahəsində istifadə olunan elmi materialların sistemləşdirilməsi və fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər çərçivəsində Məhkəmə Ekspertizasının Metodik Fondu istifadəyə verilib.

Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Məhkəmə Ekspertizasının Metodik Fondu ekspert tədqiqatlarının əsasını təşkil edən elmi-metodik materiallardan ibarət məlumat bazasıdır. Fondun əsas məqsədi məhkəmə ekspertlərinin, ekspertizanı təyin edən orqan və şəxslərin, iş üzrə digər tərəflərin və özəl məhkəmə ekspertlərinin müvafiq elmi-metodik materiallara əlçatanlığını təmin etməkdir. Metodik Fond Ədliyyə Nazirliyi tərəfindən formalaşdırılır və idarə olunur.

O, Nazirlər Kabinetinin 2020-ci il 29 iyun tarixli 228 nömrəli qərarı ilə təsdiq edilmiş "Məhkəmə Ekspertizasının Metodik Fondunun yaradılması və istifadəsi Qaydaları" ilə tənzimlənir.

Fondun məlumat bazası Ədliyyə Nazirliyi ilə yanaşı, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Müdafiə Nazirliyinin müvafiq ekspertiza idarələri, habelə elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri, qanunvericiliyə uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyaları, özəl hüquqi şəxslər, eləcə də özəl məhkəmə ekspertləri tərəfindən təqdim edilən məlumatlar əsasında formalaşdırılır.

Məlumat bazasında hər bir elmi-metodik material barədə əsas məlumatlar, o cümlədən elmi-metodik materialın adı, aid olduğu məhkəmə ekspertizası sahəsi, müəllifin və ya müəlliflərin adı, soyadı və atasının adı, yaxud materialı təqdim edən idarə, müəssisə və ya təşkilatın adı və hüquqi ünvanı, materialın nəşr olunduğu il və yer, elmi-metodik materialın tam mətni, materialın Fonda daxil edildiyi tarix və qeydiyyat nömrəsi ilə bağlı digər məlumatlar yer alır.

Metodik Fond məhkəmə ekspertizası sahəsində elmi və metodik məlumatların vahid bazada toplanmasına, sistemləşdirilməsinə və onlardan səmərəli istifadə imkanlarının yaradılmasına xidmət edir. Həmçinin nadir tapılan metodik materialların Fondda sistemləşdirilməsi bu sahədə tədqiqat aparan elmi işçilər üçün faydalı məlumat mənbəyi yaradır.

Oxşar xəbərlər

44 günlük Vətən müharibəsi: Azərbaycanın ərazi bütövlüyünün bərpasına gedən yol
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Vətən müharibəsinin başlamasından 4 il ötür
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər