Rafiq Danakari: Gəncəsər monastırını ziyarət etmək bizim üçün böyük xoşbəxtlikdir
Far.Az xəbər saytı

Rafiq Danakari: Gəncəsər monastırını ziyarət etmək bizim üçün böyük xoşbəxtlikdir


Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırını ziyarət edən Alban-Udi Xristian Dini İcmasının sədr müavini Rafiq Danakari səfərlə bağlı təəssüratlarını bölüşüb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən "Far.Az"a verilən məlumata görə, Rafiq Danakari Alban-Udi icmasının üzvlərinin uzun illərdən sonra Gəncəsər monastırını ziyarət etmələrinin xüsusi əhəmiyyətini vurğulayıb.

"Bu gün burada olduğumuz üçün çox xoşbəxtik. Torpaqlarımızın azad olunması nəticəsində artıq bu müqəddəs məkana rahat şəkildə gələ bilirik. Uzun illər, 100-200 il ərzində bura gələ bilmirdik. Bu gün isə şəhidlərimizin ruhuna dualar etdik, onların xatirəsini yad etdik və şamlar yandırdıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bu gün bizim üçün başqa bir baxımdan da əlamətdardır. Məryəm Ananın doğum günüdür. Bu əlamətdar gündə Gəncəsər monastırında olmaq bizim üçün xüsusi məna daşıyır. İstəyirik ki, bundan sonra da mütəmadi olaraq Gəncəsər Monastırını, eləcə də Azərbaycanın digər bölgələrində yerləşən kilsə və monastırları ziyarət edək, burada dualarımızı edək və şamlar yandıraq", - o qeyd edib.

R.Danakari vurğulayıb ki, bu tarixi məkanların dünya ictimaiyyətinə tanıdılması da vacibdir:

"Çünki bunlar bizim tariximiz, mədəni və dini irsimizdir. İstəyirik ki, bütün dünya Qafqaz Albaniyasının tarixi irsinin bu gün də yaşadıldığını görsün".

Oxşar xəbərlər

Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər monastırına səfər ediblər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər