Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə lideri BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə səsləndirib.
Hər iki ölkənin xarici işlər nazirləri Hakan Fidan və Ararat Mirzoyanın da qatıldığı müzakirələrdə Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesində qarşılıqlı addımların atılması məmnuniyyətlə qarşılanıb.
Ərdoğan Ermənistanla beynəlxalq təşkilatlarda inkişaf edən əməkdaşlığın normallaşma prosesinə töhfə verdiyini deyərək, Paşinyanı Türkiyədə keçiriləcək COP31 Liderlər Zirvəsinə dəvət edib.
***21:33
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Görüşün təfərrüatları barədə hələ məlumat açıqlanmayıb.
Cumhurbaşkanımız Sayın @RTErdogan, Birleşmiş Milletler (BM) 81. Genel Kurulu vesilesiyle bulunduğu New York’taki temasları kapsamında Ermenistan Başbakanı Nikol Paşinyan ile bir araya geldi. https://t.co/sO4SP3VqC6
— T.C. Cumhurbaşkanlığı (@tcbestepe) September 23, 2026
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
İlham Əliyevin Nikol Paşinyanla görüşü Gürcüstan mediasında
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib – YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb
-
Ağdərə rayonunda yerləşən "Dəmirli" Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
-
Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib
-
Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb - TƏBİB-dən AÇIQLAMA
-
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Yuri Maksimov: "Futbolçuların bir qismini tanıyıram"













