Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb
Far.Az xəbər saytı

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb


İnvestorlar medianın yaydığı saxta xəbərlərə etibar etmədən Azərbaycan haqqında öz fikirlərini formalaşdırmalıdırlar.

"Report" xəbər verir ki,bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.

Dövlət başçısı deyib ki, bu cür tədbirlərin üstünlüklərindən biri ölkə ilə şəxsən tanış olmaq və yalnız biznes nümayəndələrinin deyil, insanların da fikirlərini eşitmək imkanıdır.

"Bu günlərdə onlar istənilən insandan ölkə haqqında nə düşündüyünü, onun necə inkişaf etdiyini, düzgün istiqamətdə gedib-getmədiyini soruşa və müstəqil şəkildə öz fikirlərini formalaşdıra bilərlər", - İlham Əliyev vurğulayıb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər