AEBA Rusiya və Ukrayna ilə atəşkəs barədə danışıqlar aparır
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Rusiya və Ukrayna ilə Zaporojye Atom Elektrik Stansiyasında (AES) zədələnmiş elektrik xətlərinin təmiri üçün zəruri olan lokal atəşkəs barədə danışıqlar aparır.
"Far.Az"un məlumatına görə, bu barədə agentliyin baş direktoru Rafael Qrossi "RİA Novosti"yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, razılaşmalar stansiyanın xarici enerji təchizatını təmin edən xətlərdə təmir işlərinin təhlükəsiz aparılmasını təminatı üçün zəruridir.
Qrossi qeyd edib ki, Zaporojye AES-in xarici enerji təchizatı qeyri-sabit qalsa da, AEBA ehtiyat sistemlərinin işini qorumağa kömək edir. Agentlik xüsusən başqa elektrik kəsintisi halında lazım ola biləcək təcili generatorlar üçün yanacaq təchizatını asanlaşdırır.
AEBA rəhbərinin sözlərinə görə, tədbirlər stansiya ərazisində davam edən hərbi əməliyyatlar səbəbindən zəruridir ki, bu da elektrik xətlərinə zərər verir və Zaporojye AES-in xarici enerji təchizatında fasilələrə səbəb olur.
Zaporye AES Avropanın altı enerji blokuna malik ən böyük atom elektrik stansiyasıdır. Stansiya 11 sentyabr 2022-ci ildən bəri elektrik enerjisi istehsal etmir. Altı reaktorun hamısı soyuq söndürmə rejimindədir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Elman Rüstəmov bu səbəbdən şadlıq sarayını SATDI
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Qaraçuxur qəbiristanlığının hasarı uçurulub
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb













