"Birliyin Gücü-2026" təlimi çərçivəsində silah və hərbi texnika sərgisi açılıb
Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Qızılqaya Təlim Mərkəzində "Birliyin Gücü-2026" birgə hərbi təlimi çərçivəsində silah və hərbi texnika sərgisi təşkil olunub.
BAKU.WS-in Xocavəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, sərgidə müxtəlif təyinatlı silah və hərbi texnika nümunələri nümayiş etdirilib.
Sərgidə 152 mm-lik "MSTA-S" özüyeriyən artilleriya qurğusu təqdim olunub. Qurğu düşmənin açıq və örtülü sığınacaqlarda yerləşən canlı qüvvəsinin, atəş vasitələrinin, zirehli və zirehsiz texnikasının, müdafiə qurğularının, komanda məntəqələrinin, batareyalarının və tank bölmələrinin məhv edilməsi üçün nəzərdə tutulub.
"MSTA-S"in döyüş vəziyyətində çəkisi təxminən 42 ton, maksimal atış məsafəsi 24,7-29 kilometr, atış tezliyi isə dəqiqədə 7-8 atəş təşkil edir.
Həmçinin 152 mm-lik "DANA-M1" özüyeriyən artilleriya qurğusu nümayiş etdirilib. Bu sistem düşmənin açıq və örtülü mövqelərdə yerləşən canlı qüvvəsinə, müdafiə qurğularına, artilleriya bölmələrinə və komanda məntəqələrinə qarşı istifadə üçün nəzərdə tutulub.
"DANA-M1"in döyüş vəziyyətində çəkisi 29,25 ton, maksimal atış məsafəsi 18,7-25,5 kilometr, avtomatik rejimdə atış tezliyi isə dəqiqədə 4-5 atəşdir.
Sərgidə KBRN təmizləmə dronu da təqdim edilib. Kimyəvi, bioloji, radiasiya və nüvə təhlükəsi yarandığı zaman istifadə olunan dron müvafiq maye və ya toz vasitəsilə ərazilərin dekonaminasiyası və zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.
Dronun maksimal uçuş hündürlüyü 4 000 metr, idarəetmə məsafəsi 10 kilometrədək, maksimal faydalı yükü isə 35 kiloqram və ya 25 litrdir. Uçuş müddəti təxminən 70 dəqiqə təşkil edir.
Sərgidə 220 mm-lik "TOS-1A" ağır odsaçan sistemi də nümayiş etdirilib. Sistem düşmənin canlı qüvvəsinin, açıq və örtülü sığınacaqlarda yerləşən texnikasının və müdafiə tikililərinin yüksək temperatur və təzyiq dalğasının təsiri ilə məhv edilməsi üçün nəzərdə tutulub.
"TOS-1A" sistemi 24 buraxılış qurğusuna malikdir. Onun maksimal atış məsafəsi 6-10 kilometr təşkil edir.
Bundan başqa, sərgidə "Xrizantema-S" özüyeriyən tankəleyhinə raket kompleksi nümayiş etdirilib. Kompleks düşmənin atəş nöqtələrinin susdurulması, bağlı və yarımörtülü tikililərdə yerləşən canlı qüvvəsinin məhv edilməsi, müdafiə qurğularının dağıdılması, eləcə də müasir tank və zirehli texnikaların məhv edilməsi üçün nəzərdə tutulub.
"Xrizantema-S" kompleksinin təqdim olunan məlumatlara əsasən zirehdəlmə qabiliyyəti 1 100 mm, atış məsafəsi isə 400 metrdən 6 kilometrədəkdir.
Qalereya
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Növbəti köç karvanı Xocavəndə çatıb, açarlar təqdim edilib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Türkiyənin COP31 hazırlıqları Azərbaycanın COP29 təcrübəsinə əsaslanır
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Slovakiya və Azərbaycan müdafiə sənayesində yeni razılaşmaları müzakirə edir - EKSKLÜZİV
-
Lixtenşteyn millisinin futbolçusu Alesio: "Bakıda yaxşı nəticə qazanmaq istəyirik"













