Azərbaycan ordusunda yeni mərhələ: Müasir artilleriya sistemlərinin lokallaşdırılması nə vəd edir?
Çexiyanın CSG şirkəti "ADEX 2026" sərgisində özüyeriyən haubitsa modelini təqdim edib.
Far.Az Baku TV-yə istinadla xəbər verir ki, "Morana" tam NATO standartlarına uyğun bir döyüş maşınıdır.
Qeyd olunub ki, 155 mm kalibrli texnikanın 42 kilometrədək məsafədə hədəfləri məhvetmə bacarığı var. Özəlliyi ondan ibarətdir ki, döyüş qülləsi ilə şəxsi heyət kapsulu bir-birindən aralı məsafədədir və bu da artıq şəxsi heyətin təhlükəsizlik məsələsini həll etmiş olur.
Bu döyüş maşını 40-dək mərmi götürür və avtomatik şəkildə yüklənərək atəş aça bilir. Həmçinin digər maraqlı məqam isə ondan ibarətdir ki, CSG şirkətinin ötən gün yaydığı məlumata görə, Azərbaycan tərəfi ilə şirkət arasında bir anlaşma imzalanıb. Söhbət təkcə "Morana"dan getmir. Çexiyaya məxsus digər haubitsaların Azərbaycanda lokallaşdırılması nəzərdə tutulur və birgə şirkətuin bu ilin dekabrında yaradılması nəzərdə tutulur. İstehsalın 2027-ci ildə başlanması planlaşdırılır.
Çox güman ki, bu yeni layihə, yeni təcrübə Azərbaycan ordusunun inkişafında öz töhfəsini verəcək.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları böyük təntənə ilə qeyd olunub
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













