Overçuk: Ermənistandan dəmir yollarının bərpası ilə bağlı təklifimizə cavab gözləyirik
Far.Az xəbər saytı

Overçuk: Ermənistandan dəmir yollarının bərpası ilə bağlı təklifimizə cavab gözləyirik


Rusiya Ermənistandan "Rusiya Dəmir Yolları"nın konsessiyasında olan, Yerasxdan Naxçıvan (Azərbaycan) sərhədinə və Gümrüdən Türkiyə sərhədinə qədər Ermənistan dəmir yollarının iki hissəsinin bərpası ilə bağlı təklifə reaksiya gözləyir.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"Bu gün digər məsələlərlə yanaşı, "Rusiya Dəmir Yolları"nın konsessiyasında olan Ermənistan dəmir yollarının iki kiçik hissəsinin tikintisi və bərpası ilə bağlı məsələ də müzakirə olunub. Biz diqqətə çatdırdıq ki, bu iki hissənin bərpasını dəstəkləyirik və məhz Yerasxdan Naxçıvana və Gümrüdən Türkiyə sərhədinə qədər nəqliyyat əlaqəsini təmin etmək baxımından iştirak etməyə və burada Ermənistana kömək göstərməyə hazırıq", - o qeyd edib.

A.Overçukun sözlərinə görə, bu qərarlar hələ yanvar ayında Rusiya Prezidenti Vladimir Putin səviyyəsində qəbul edilib və Rusiya tərəfi Ermənistanın reaksiyasını gözləyir: "Amma mən düşünürəm ki, yaxın vaxtlarda bu məsələni daha da irəli aparacaq çox mühüm görüşlər keçirilməlidir".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər