Politoloq: Heydər Əliyev Azərbaycan xalqının taleyini öz taleyi ilə bağlayırdı
"Azərbaycan elə bir Şanlı Zəfər əldə edib ki, təqvimin bütün günləri əlamətdar hadisələrlə doludur.
Sentyabrın 27-də Azərbaycanın 44 günlük Vətən savaşına başlaması, Ermənistanın təxribatlarına qətiyyətlə cavab verməsi, 8 noyabr – Şuşa Zəfəri, 3 oktyabr 1993-cü ildə xalqın mütləq səs çoxluğu ilə, təkidli tələbi ilə Heydər Əliyevi hakimiyyətə gətirməsi, 2 oktyabr tarixində Bakıda Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII qurultayının keçirilməsi də olmaqla Azərbaycan tarix yazır".
Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova BAKU.WS-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın yazdığı tarix Cənubi Qafqazın gələcək taleyini müəyyənləşdirir:
"Bu istiqamətdə önəmli amil ondan ibarət idi ki, zamanında Ümummilli Lider Heydər Əliyev kimi böyük bir şəxsiyyət hakimiyyətə gəlməsə idi, bu reallıqlardan danışmaqdan olduqca uzaq olardıq. Lakin Heydər Əliyev kimi bir siyasət dahisinin hakimiyyətə gəlməsi, şəxsi liderlik keyfiyyətləri, qətiyyəti, vətənə, torpağa olan bağlılığı Azərbaycanı yeni-yeni uğurlara səslədi. Heydər Əliyev hakimiyyətinin birinci dönəmində də, ikinci dönəmində də erməni yalanlarını ifşa edirdi. Məhz Heydər Əliyevin qətiyyətindən sadəcə ermənilər çəkinmirdi. Sovet İttifaqı zamanında da Heydər Əliyev reallığı ilə hesablaşmağa məcbur qalırdılar. Yeni Azərbaycan Partiyasının VIII qurultayında nitq söyləyən cənab Prezident İlham Əliyev bu reallıqları bir daha dilə gətirdi. Əgər Heydər Əliyev hakimiyyətdə olsaydı, xalqımızın başına bu qədər böyük bəlalar gətirilməzdi. Təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində siyasi hərc-mərclik, siyasi kürsü üstündə sağlam rəqabətdən uzaq davalaşma Azərbaycanı faktiki olaraq iflic vəziyyətinə saldı. Torpaqlarımızın işğal olunması Azərbaycan xalqına zərbə oldu".
Politoloq deyir ki, bu azmış kimi bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın həyatı ilə üz-üzə qalması Azərbaycanı daha çətin bir duruma saldı:
"Baxımdan Ümummilli Lider Heydər Əliyev hərbi, siyasi, iqtisadi təhlükəsizliyi əsas tutaraq Azərbaycanın güclənməsi yolunda qətiyyətlə irəlilədi. Azərbaycana rəhbərlik edən şəxslərin Bakıdan qaçmasının əksinə olaraq, Ümummilli Lider Heydər Əliyev erməni aqressiyasının qarşısında dimdik dayandı. Xalqımızı səfərbər etməyi, bir yumruq ətrafında birləşdirməyi öz üzərinə tarixi missiya kimi götürdü. Heydər Əliyev heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın. Çünki Heydər Əliyev Azərbaycan xalqının taleyini dərindən düşünür, xalqımızın taleyini öz taleyi ilə bağlayırdı.
Yeni Azərbaycan Partiyasının VIII qurultayında cənab Prezident İlham Əliyev tarixi proseslərə bir daha nəzər yetirdi və bildirdi ki, 2003-cü ildə Azərbaycan xalqı cənab İlham Əliyevə etimad göstərərkən öz üzərinə götürdüyü tarixi missiyanı şərəflə yerinə yetirəcəyinə söz verdi".
Şəbnəm Həsənovanın sözlərinə görə, məhz atılan addımların nəticəsidir ki, bu gün dünyanın mötəbər beynəlxalq təşkilatları, inkişaf etmiş dövlətləri Azərbaycanla münasibətlərin qurulmasında təşəbbüskar aktor qismində çıxış edirlər:
"Azərbaycan illərin deyil, əsrlərin ədavətinə, münaqişəsinə və müharibəsinə son verdi.
Bu gün dünyada vəziyyət daha da mürəkkəbləşir. Məhz belə bir mürəkkəb zamanda cənab Prezident İlham Əliyev Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu gün isə yeni reallıq var. Azərbaycan Ermənistanla ticarətə də başlayıb. Dövlət başçımız bunun cavabını çox aydın və açıq şəkildə bildirdi ki, bu, hər bir ölkə üçün lazımdır. Lakin ideoloji amil baxımından Azərbaycanı səfərbər etməyi heç zaman unutmayan dövlət başçımız onu da bildirdi ki, biz heç zaman unutmamalıyıq ki, vaxt var idi, ermənilər Azərbaycan dilində sərbəst danışırdılar, namaz qılırdılar. Təbii ki, bu addımların arxasında məkrli planlar dayanırdı. Bu baxımdan da biz qat-qat güclü olmalıyıq, gələcək nəsilləri ideoloji baxımdan sağlam yetişdirməliyik. Dövlət başçımızın ötürdüyü əsas mesaj ondan ibarətdir ki, biz formallıqdan uzaq əməli fəaliyyət ortaya qoymalıyıq. Çünki ideoloji baxımdan möhkəm cəmiyyət olmaq ən böyük sərvətdir. Azərbaycanın digər böyük sərvəti ondan ibarətdir ki, bu gün xalqımız təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Biz sadəcə fiziki riskləri deyil, ideoloji riskləri də özümüzdən uzaq tutmalıyıq.
Azərbaycanın hüdudlarından kənarda formalaşan və Azərbaycan sərhədlərinə yaxınlaşan zəhərli ideoloji amillərə hündür divarlar hörməliyik. Cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışı proqram xarakterli çıxışı idi. Bu çıxış Azərbaycanın daxili və xarici siyasətinə işıq tutdu. Bu gün Azərbaycan elə bir mərhələyə gəlib çatıb ki, Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilib. Azərbaycan, baxmayaraq ki, Cənubi Qafqazda yerləşir, amma Mərkəzi Asiyanın da siyasi, iqtisadi, nəqliyyat, enerji və digər layihələrində yaxından iştirak edir.
Azərbaycan D-8 adlı təşkilata üzv olmağı bacarmışdır. Həmin bu təşkilatın gələn il Azərbaycanda Zirvə görüşünün keçirilməsi planlaşdırılır. Şübhəsiz ki, bu, Azərbaycana olan etimaddan xəbər verir. Azərbaycan İslam ölkələri arasında da fərqlənməyi, həmrəyliyi gücləndirməyi bacaran bir aktordur. Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə də strateji tərəfdaşlıq bəyannamələri, müqavilələri çərçivəsində fəaliyyətini davam etdirir. Çin və Amerika ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması, Azərbaycanın böyük güclərlə dərinləşən münasibətləri ondan xəbər verir ki, cənab Prezident İlham Əliyev uzaqgörənliklə dünya siyasətinin nəbzini tutmağı bacarır. Dövlət başçımız siyasətdə emosiyalara yer olmadığını diqqətə çatdırdı. Bu isə cənab Prezident İlham Əliyevin dərin zəkasından, iti məntiqindən, həmçinin dövlətimizə, vətənimizə, torpağımıza olan bağlılığından, üzərinə götürdüyü missiyanı tam anlamı ilə yerinə yetirməsindən xəbər verir".
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb
-
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
-
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib
-
UEFA Millətlər Liqası: Türkiyə Belçikaya məğlub olub, İtaliya Fransa ilə heç-heçə edib
-
Azərbaycan və Serbiya arasında strateji münasibətlərin inkişafı müzakirə edilib
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?













