AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var
Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var.
"Far.Az" "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik deyib.
O bildirib ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir:
"Lakin hər ölkənin öz daxili siyasəti var. Onlarla bizdə fərq ola bilər. Daxili və xarici siyasətdə də fərqli yanaşmalar mümkündür. Biz hər hansı bir məsələdə fikir ayrılığı yaşayanda qardaş ölkə olaraq danışaraq yolumuza davam edirik. Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında həqiqi bir qardaşlıq münasibəti mövcuddur.
Türkiyə və Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var. O ölkələrin niyyətlərinə çatmağına icazə verməyəcəyik. Bundan başqa, Türkiyənin daxilində bəzi qrupların, sosial şəbəkə istifadəçilərinin Azərbaycanı səhvən hədəfə aldığını görürük".
Oxşar xəbərlər
Ömer Çelik: Ai heç vaxt Kipr məsələsində vasitəçi ola bilməz
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
AK Parti sözçüsü: PKK-nın Suriya, İraq, İran və Avropadakı qolları tərk-silah olmalıdır
Ömər Çelik: Rusiya-Ukrayna müharibəsinə İstanbulda son qoyulmalıdır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













