Azərbaycanda bir qrup tələbə narazıdır - "Yeni qərar bizə şamil edilməsin" - AÇIQLAMA
Mingəçevir Dövlət Universitetinin Menecement fakültəsinin tələbələri narazıdırlar.
Bu barədə çox sayda şikayət Far.Az-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, buna səbəb tələbələr əyani təhsil formasını qiyabiyə çevirmək istəyən zaman qarşılaşdıqları çətinlik olub.
Tələbələr bildirirlər ki, əvvəlcə əyani təhsili qiyabiyə keçirməklə bağlı təsdiq mesajı alıblar indi isə imtina bildirişi gəlib. İndi təhsilalanların bir istəyi var, bu da 2024-cü iln fevralında çxan qərarın 2023-cü ildə qəbul olan tələbələrə aid edilməməsidir.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən Far.Az-in sorğusuna cavab olaraq bildirilib ki, tələbələrin köçürülməsi “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na (https://e-qanun.az/framework/56513) əsasən tənzimlənir.
Qaydalara əsasən, bakalavriat səviyyəsində tələbələrin təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin tələbə qəbulu imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsilalma forması üzrə minimal keçid balından çox olsun.
Həmçinin qeyd olunan məzmunda Agentliyə daxil olan müraciətlər qanunvericiliyin tələbləri əsasında cavablandırılır.
Banu HüseynliFar.Az
Oxşar xəbərlər
ADY Rusiya Nəqliyyat Universitetində təhsil alacaq tələbələrə təqaüd ayırıb
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Elçin Əmirbəyov: TDT qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
"Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO













