Vəkil: Vahid məktəbli forması şagirdlər arasında ayrı-seçkiliyin qarşısını almaq üçün legitim məqsəd daşıyır
Vahid məktəbli forması şagirdlər arasında ayrı-seçkiliyin qarşısını almaq üçün legitim məqsəd daşıyır.
Bu sözləri "Report"a açıqlamasında vəkil Hikmət Əliyev bildirib.
O deyib ki, Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim forması ilə bağlı təsdiq etdiyi tənzimləmələr və qərara edilmiş son əlavələr cəmiyyətdə müxtəlif aspektlərdən müzakirə olunsa da, bu tənzimləmə hüquqi əsasa söykənir və Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil etmir:
Azərbaycan Konstitusiyasının 18-ci maddəsinə əsasən təhsil sistemi dünyəvi xarakter daşıyır
Hikmət Əliyev qeyd edib ki, Azərbaycan Konstitusiyasının 7-ci maddəsinə əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır:
"Dünyəvilik prinsipi nöqteyi-nəzərindən Nazirlər Kabinetinin qərarı məktəb mühitində dünyəvi dövlət modelinin qorunmasına bilavasitə xidmət edir. Bundan əlavə, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinə əsasən bütün etiqadlar qanun qarşısında bərabərdir və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Göründüyü kimi, bu maddə təhsil sisteminin dünyəviliyini birbaşa konstitusion tələb kimi qoyur. Bununla da norma dövlət təhsil müəssisəsində hər kəs üçün ümumi və vahid neytral çərçivə formalaşdıraraq konstitusion "dünyəvi təhsil" prinsipini təmin edir".
Vəkil deyib ki, Azərbaycan Konstitusiyasının 48-ci maddəsinə əsasən hər kəsin vicdan azadlığı və etiqadını ifadə etmək hüququ vardır:
"Vahid məktəbli forması şagirdlərin inancına müdaxilə etmir, sadəcə tədris saatlarında ümumi intizam və bərabərlik qaydasını tətbiq edir. Bu tənzimləmə şagirdlər arasında sosial-iqtisadi bərabərsizliyin vizual təsirlərini minimuma endirmək və ayrı-seçkiliyin qarşısını almaq üçün legitim məqsəd daşıyır. Bu tənzimləməyə hər hansı bir istisnanın tətbiq edilməsi isə vahid geyim formasının mahiyyətini və tətbiq olunma imkanını tamamilə heçə endirmiş olar".
Nazirlər Kabinetinin qərarı AİHM-in mövqeyi ilə uyğunluq təşkil edir
O vurğulayıb ki, bu yanaşma Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) oturuşmuş presedent hüququ ilə də uyğunluq təşkil edir:
"Belə ki, "Leyla Şahin Türkiyəyə qarşı" (2005) işində AİHM təhsil mühitində dünyəvilik və bərabərlik prinsiplərini qorumaq məqsədilə tətbiq edilən geyim qaydalarını Konvensiyanın 9-cu maddəsinin pozulması hesab etməmiş, dövlətlərin bu sahədə geniş qiymətləndirmə sərbəstliyinə malik olduğunu vurğulayıb. Bundan əlavə, "Dahlab İsveçrəyə qarşı" (2001) işində məhkəmə ibtidai sinif müəlliminin azyaşlı uşaqlar qarşısında dövlətin neytrallığını təmsil etməli olduğunu əsas gətirərək vahid geyim formasına uyğun olmayan geyimin qadağan edilməsini qanuni hesab edib. Göründüyü kimi, Nazirlər Kabinetinin qərarı analoji hallarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyi ilə də tam uyğunluq təşkil edir".
Dövlətin təhsil sahəsində tənzimləmə səlahiyyəti hüquqi çərçivədə həyata keçirilir
Vəkil Elvin Əliyev deyib ki, Azərbaycanda vahid məktəbli formasının tətbiqinin milli maraqlar və konstitusion prinsiplər baxımından Azərbaycanda vahid məktəbli formasının tətbiqi dövlətin təhsil siyasətinin, məktəbdaxili intizamın və ümumi təhsil mühitinin təşkilinin mühüm elementlərindən biridir:
Vəkil bildirib ki, vahid forma məktəblilər arasında kollektivə mənsubiyyət hissinin gücləndirilməsinə, məktəb intizamının qorunmasına və ümumi təhsil mühitinin formalaşdırılmasına xidmət edir:
"Bununla belə, bu məqsədlər yalnız qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində həyata keçirilir. Konstitusiyanın 18-ci maddəsinin III hissəsi baxımından dövlət təhsil sisteminin dünyəvi xarakteri təsbit olunur. Vahid məktəbli forması təhsil müəssisələrində ümumi geyim standartının müəyyən edilməsi, tədris prosesinin təşkili və məktəbdaxili qaydaların qorunması üçün hüquqi vasitədir. Konstitusiyanın 48-ci maddəsi baxımından isə geyim qaydalarının tətbiqi zamanı şəxslərin konstitusion hüquqlarına və ləyaqətinə hörmət edilməlidir. Dövlətin təhsil sahəsində tənzimləmə səlahiyyəti hüquqi çərçivədə həyata keçirilir, tətbiq edilən tədbirlər qanuni əsaslara söykənir və şagirdlərin təhsil hüququna heç bir maneə yaratmır".
Vahid məktəbli formasının tətbiqinin hüquqi qiymətləndirilməsi dövlətin konstitusion səlahiyyətlərinə əsaslanmalıdır
Vəkilin sözlərinə görə, Azərbaycanın milli maraqları baxımından vahid məktəbli formasının tətbiqi dövlət ümumi təhsil müəssisələrində vahid və aydın geyim standartının yaradılması, məktəbdaxili intizamın və tədris prosesinin təşkilinin dəstəklənməsi, şagirdlər arasında kollektivə mənsubiyyət və məsuliyyət hissinin gücləndirilməsi, milli təhsil modelinin və qanunvericiliklə müəyyən edilmiş qaydaların ardıcıl tətbiqi, məktəb mühitində bərabər münasibətin və hüquqi müəyyənliyin təmin edilməsi üçün əsaslandırıla bilər:
"Vahid məktəbli formasının tətbiqi Azərbaycanın təhsil sahəsində qanuni səlahiyyətləri çərçivəsində milli maraqlara xidmət edən vasitə kimi əsaslandırıla bilər. Konstitusiyanın 7-ci maddəsi bu tənzimləmənin qanuni əsasını, 18-ci maddəsinin III hissəsi təhsil sisteminin konstitusion çərçivəsini, 48-ci maddəsi isə tətbiq zamanı konstitusion hüquqlara riayət edilməsinin zəruriliyini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsinin göstərilən qərarları da geyim qaydalarının hüquqi əsas, legitim məqsəd və mütənasiblik meyarları əsasında qiymətləndirilməsinin əhəmiyyətini təsdiqləyən müqayisəli hüquqi mənbələrdir. Azərbaycanda vahid məktəbli formasının tətbiqinin hüquqi qiymətləndirilməsi ilk növbədə milli qanunvericiliyə və dövlətin konstitusion səlahiyyətlərinə əsaslanmalıdır", - Elvin Əliyev vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ümumtəhsil məktəblərində vahid geyim forması: hüquqi əsaslar və beynəlxalq təcrübə
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb













