İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
Far.Az xəbər saytı

İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi


İsmayıllıda keçirilən antikorrupsiya əməliyyatı ilə həbs edilən bələdiyyə sədri Cahangir Surxayevin məhkəməsi başa çatıb.

Far.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsi artıq hökmü elan edib.

İş materiallarında yazılıb ki, Cahangir Surxayev Diyallı kənd bələdiyyəsinin sədri vəzifəsini icra etdiyi müddətdə arıçılıq təsərrüfatı üçün torpaq icarəyə götürmək istəyən kənd sakini İlham Əsgərov ona müraciət edib. C.Surxayev bələdiyyə üzvlərinin ümumi yığıncağını və açıq hərrac, müsabiqə keçirmədən 2.6 hektar sahəni 5 illik icarəyə verib. Bunun əvəzində, o, torpağı icarəyə götürən şəxsdən hissə-hissə 22 min manat pul alıb.

Bələdiyyə sədri 19 mini alıb şəxsi mənafeyi üçün xərcləsə də, qalan 3 min rüşvəti götürəndə "ilişib". O, İsmayıllıdakı "Orman" restoranında pulu alarkən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyatçıları tərəfindən tutulub.

Keçmiş bələdiyyə sədri məhkəmədə özünü rüşvət ittihamı ilə təqsirli bilmədiyini deyib. Surxayev deyib ki, məqsədi qanuni prosedur olmadan İlham Əsgərovu aldadıb pulunu əlindən almaq olub. Bu səbəbdən törətdiyi əməli dələduzluq hesab edir.

O, valideynlərinin və övladlarının müalicəsi üçün bankdan kredit aldığını, bəzi borcları ödəyə bilmədiyini qeyd edərək yüngül cəza verilməsini xahiş edib.

Günay Aşurovanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda Cahangir Surxayevə verilmiş ittihamları sübuta yetirilmiş hesab edib. Hökmə əsasən, o, vəzifə səlahiyyətlərini aşmaqla və vəzifə saxtakarlığı ilə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 1 ay azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər