İstanbulda hava səbəbindən 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
Far.Az xəbər saytı

İstanbulda hava səbəbindən 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib


İstanbul Beynəlxalq Hava Limanına uçuş həyata keçirən 40-dan çox təyyarə əlverişsiz hava şəraiti səbəbindən digər hava limanlarına yönləndirilib.

"Far.Az" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, 16 reys Ankara, 10 reys İzmir, 8 reys isə İstanbulun Asiya hissəsində yerləşən Sabiha Gökçen Beynəlxalq Hava Limanına yönləndirilib. Əsasən aşağıbüdcəli aviaşirkətlərin istifadə etdiyi bu hava limanı İstanbulun digər hava limanına alternativ olub.

Oktyabrın 14-də İstanbulda güclü yağış və fırtınalı külək nəqliyyatın hərəkətini bəzi ərazilərdə iflic edib. Rəsmi məlumatlara əsasən, şəhərdə yaşayış evlərinin su altında qalması ilə bağlı 1 277 hadisə və 15 torpaq sürüşməsi qeydə alınıb.

Güclü yağışlar bir çox küçə və prospekti çaylara çevirib, bəzi yeraltı keçidləri su basıb. Pik saatlarda avtomobil yollarında tıxacların səviyyəsi 89 faizə çatıb.

Oktyabrın 14-ü axşam saatlarına olan məlumata görə, İstanbulda əlverişsiz hava şəraiti nəticəsində 14 yaşlı yeniyetmə ölüb. O, Fatih rayonunda suyun toplandığı ərazilərdən birində elektrik cərəyanının vurması nəticəsində həyatını itirib.

İstanbul hakimiyyəti oktyabrın 15-i üçün şəhərdə sarı meteoroloji xəbərdarlıq elan edib. Proqnozlara görə, güclü yağışların günün sonunadək davam edəcəyi gözlənilir. Su basması, sel və palçıq axınları, eləcə də nəqliyyat və infrastrukturun fəaliyyətində fasilələr istisna edilmir.

Sakinlərə və turistlərə zərurət olmadıqda evlərini tərk etməmək tövsiyə olunub. İstanbulda məktəblərdə dərslər dayandırılıb, bəzi kateqoriyadan olan dövlət qulluqçuları üçün isə inzibati istirahət günü elan edilib.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Qubada torpaq sürüşməsi baş verən kəndə ərzaq yardımı göndərilib
Şükürbəyli kəndində daha 46 ailəyə evlərinin açarları təqdim olunub
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər