Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edən türkiyəli jurnalist beynəlxalq axtarışa verilib
Azərbaycanın Baş Prokurorluğu "Şanlıurfa Olay" qəzetinin köşə yazarı, Türkiyə vətəndaşı Celal Çiftçinin Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış etməkdə, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması faktları üzrə cinayət işi açıb, onun barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib və C. Çiftçi beynəlxalq axtarışa elan edilib.
Baş Prokurorluqdan "Far.Az"a daxil olan məlumatlara əsasən, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən 1975-ci il təvəllüdlü, "Şanlıurfa Olay" qəzetinin köşə yazarı, Türkiyə vətəndaşı Celal Çiftçi tərəfindən Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması faktları üzrə Baş Prokurorluğa daxil olmuş məlumatlar əsasında araşdırmalar aparılıb.
Bildirilib ki, araşdırma zamanı Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 saylı qərarından sonra Azərbaycanda hakimiyyətin çevriliş və zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınması və təşviqinə yönələn dini radikalizm məzmunlu, o cümlədən süni intellekt vasitəsilə hazırlanmış materialların təkrar yayılması, eləcə də radikal məzmunlu müxtəlif başlıqlar altında təkrar çağırışların edilməsi müəyyən olunub.
Toplanmış materiallar əsasında Baş prokuror tərəfindən 16 oktyabr 2026-cı il tarixdə Cinayət Məcəlləsinin 281.2 (Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar təkrar törədildikdə), 283.2.1 (dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması) və 167-3.1-ci (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılması) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Celal Çiftçi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib. Hazırda onun və digər şəxslərin barəsində müvafiq istintaq hərəkətlərinin aparılması məqsədilə Türkiyənin səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərilir, eləcə də beynəlxalq əməkdaşlıq mexanizmləri çərçivəsində digər zəruri tədbirlər həyata keçirilir.
İbtidai istintaq çərçivəsində qeyd olunan məlumatların, habelə, bu xarakterli digər materialların məzmununun, hazırlanma və yayılma hallarının, eləcə də iş üçün əhəmiyyətli digər halların obyektiv, tam və hərtərəfli araşdırılması, əməllərə hüquqi qiymət verilməsi və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.
Baş Prokurorluq dini dözümlülüyün, qarşılıqlı hörmətin və ictimai həmrəyliyin qorunması naminə hər kəsi dini zəmində nifrət və düşmənçiliyi təşviq edən məzmunun yayılmasından çəkinməyə, sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə və qanunvericiliyin tələblərinə riayət etməyə çağırır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Sevinc Osmanqızı barəsində olan cinayət işi üzrə Baş Prokurorluğa çağırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
Xaçmazda qəhvəyi məxmər bağacıqları yenidən yayılıb, zəruri tədbirlər görülür
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib













