BTQ Yeni Kaledoniyanın təbii sərvətlərinin müstəmləkəçi istismarını pisləyib
Bakı Təşəbbüs Qrupu Kanak Krallıqları Alyansı və Kanak Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) Yeni Kaledoniyanın təbii sərvətlərinin müstəmləkəçi üsullarla istismarına qarşı yönəlmiş rəsmi bəyanatlarını qətiyyətlə dəstəkləyib.
Bu barədə "Report"a Bakı Təşəbbüs Qrupundan (BTQ) məlumat verilib.
Qeyd edilib ki, Kanak Krallıqları Alyansı və Kanak Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) Avropa Komissiyasının Rifah və Sənaye Strategiyası üzrə icraçı vitse-prezidenti Stefan Sejurnenin başçılıq etdiyi Avropa İttifaqı (Aİ) rəhbər heyətinin Yeni Kaledoniyaya səfəri çərçivəsində oktyabrın 20-də imzalanması planlaşdırılan nikel üzrə strateji tərəfdaşlıq sazişinə qarşı kəskin etirazlarını ifadə edib.
Vurğulanıb ki, Aİ-nin bu sazişi imzalamaqda məqsədi özünün yaşıl enerji keçidi və elektromobil batareyalarının istehsalı üçün böyük ehtiyac duyduğu nikel tədarükünü təmin etməkdir.
"Avropa bu sənədlə Yeni Kaledoniyanın zəngin nikel yataqlarına birbaşa çıxış zəmanəti almağı və strateji xammal asılılığını azaltmağı hədəfləyir. Lakin müqavilədə ada iqtisadiyyatının töhfə verəcək real addımlar, regionun ağır böhran keçirən nikel zavodlarının və təhlükədə olan iş yerlərinin xilası üçün heç bir mexanizm nəzərdə tutulmayıb. Sənəd Yeni Kaledoniyanı sadəcə ucuz xammal bazasına çevirməyi ehtiva edir".
Vurğulanıb ki, hər iki struktur bəyan edib ki, nikel mədənlərinin yerləşdiyi torpaqların həqiqi sahibləri yerli Kanak qəbilələri, krallıqları və ölkə vətəndaşlarıdır:
"Yerli xalqın azad, əvvəlcədən və məlumatlandırılmış razılığı olmadan, şəffaflıq tam təmin edilmədən və yerli maraqlar nəzərə alınmadan Aİ-nin yerli hökumətlə imzalayacağı heç bir müqavilə qanuni sayıla bilməz, keçərli olmayacaqdır və müstəqilliyə doğru gedən bir xalqın hüquqlarını kobud şəkildə pozur. Hər hansı rəsmi öhdəlik götürməzdən əvvəl nikel hasilatının insan hüquqlarına, sosial-iqtisadi sabitliyə və qəbilə torpaqlarına təsirini qiymətləndirən müstəqil hesabatın hazırlanması, müqavilə mətninin bütün əlavələri ilə birlikdə tamamilə ictimaiyyətə açılması və yerli adət-ənənə rəhbərləri ilə siyasi təmsilçilərə işçi qrupunda həlledici söz və səs hüququnun verilməsi tələb olunur".
Bakı Təşəbbüs Qrupu Kanak Krallıqları Alyansı və FLNKS-ın Yeni Kaledoniyanın təbii sərvətlərinin müstəmləkəçi üsullarla istismarına qarşı yönəlmiş rəsmi bəyanatlarını qətiyyətlə dəstəkləyir.
"Kanak xalqının iradəsinə, rəyinə və maraqlarına zidd olaraq, regionun mövcud iqtisadi və sosial çətinliklərindən sui-istifadə etməklə atılan hər bir birtərəfli addım müstəmləkəçi zehniyyətin növbəti təzahürüdür. Avropanın, xüsusilə də Fransanın özündən minlərlə kilometr uzaqlıqda yerləşən və okeanın o tayındakı yerli xalqların taleyinə, habelə onların öz təbii sərvətlərindən necə istifadə edəcəyinə qərar vermək hüququ yoxdur. Kanak xalqının öz resursları üzərindəki suverenliyi və hüquqları toxunulmazdır, bu sərvətlər yalnız və yalnız onların özünə məxsusdur", - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
-
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb













