"Qarabağ"dan dramatik qurtuluş: "Neftçi" qələbəni əldən verdi
Far.Az xəbər saytı

"Qarabağ"dan dramatik qurtuluş: "Neftçi" qələbəni əldən verdi


Misli Premyer Liqasının VIII turunda "Qarabağ" və "Neftçi" komandaları arasında keçirilən oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Far.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 19:00-da başlayıb. Matçı FIFA referisi Kamal Umudlu idarə edib.

Görüşün 11-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Qustavo Klisman hesabı açaraq komandasını önə keçirib. 18-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Aleksey Kaşuk tarazlığı bərpa edib - 1:1.

34-cü dəqiqədə Qustavo Klisman yenidən fərqlənərək "Neftçi"ni hesabda önə çıxarıb - 1:2.

Oyunun sonlarına yaxın "Neftçi" hesab fərqini artırsa da, "Qarabağ" mübarizəni davam etdirib. 88-ci dəqiqədə Renaldo Sefas fərqi azaldıb - 2:3.

Əlavə olunmuş 5-ci dəqiqədə Kadi Borges "Qarabağ"ın üçüncü qolunu vuraraq hesabı bərabərləşdirib - 3:3.

Beləliklə, "Qarabağ" - "Neftçi" derbisi heç-heçə ilə yekunlaşıb.

***20:58

"Qarabağ" - "Neftçi" oyununda hesab bərabərləşib.

Far.Az xəbər verir ki, qarşılaşmanın 90+5-ci dəqiqəsində Kadi Borges "Qarabağ"ın üçüncü qolunu vuraraq hesabı 3:3 edib.

***20:52

"Qarabağ" - "Neftçi" oyununda beşinci qol vurulub.

Far.Az xəbər verir ki, qarşılaşmanın 88-ci dəqiqəsində Renaldo Sefas fərqi azaldıb - 2:3.

***20:14

"Qarabağ" - "Neftçi" oyununda hesab dəyişib.

Far.Az xəbər verir ki, "Neftçi"nin futbolçusu Draqolyub Saviç matçın 52-ci dəqiqəsində fərqlənərək hesabı 1:3-ə çatdırıb.

***19:36

"Qarabağ" - "Neftçi" oyununda hesab dəyişib.

Far.Az xəbər verir ki, qonaqlar oyunun 34-cü dəqiqəsində Qustavo Klismanın qolu ilə hesabda önə keçiblər - 1:2.

***19:20

"Qarabağ" - "Neftçi" derbisində hesab bərabərləşib.

Far.Az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Aleksey Kaşuk matçın 18-ci dəqiqəsində fərqlənərək hesabı 1:1 edib.

***19:14

"Qarabağ" - "Neftçi" derbisində hesab açılıb.

Far.Az xəbər verir ki, "Neftçi"nin futbolçusu Qustavo Klisman 11-ci dəqiqədə fərqlənərək komandasını hesabda önə keçirib - 0:1.

***19:00

Misli Premyer Liqasının VIII turu çərçivəsində "Qarabağ" və "Neftçi" komandaları arasında qarşılaşma başlayıb.

Far.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 19:00-da start götürüb.

Matçı FIFA referisi Kamal Umudlu idarə edir.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Nazir bu müəllimləri təltif edildi - ADLAR
"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər