Malta naziri: COP29-u iqlim neytrallığına doğru vacib dövrə çevirmək bizdən asılıdır
Far.Az xəbər saytı

Malta naziri: COP29-u iqlim neytrallığına doğru vacib dövrə çevirmək bizdən asılıdır


Maltanın ətraf mühit, enerji və regenerasiya üzrə naziri Miriam Dali BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilinə görə Azərbaycan sədrliyinə minnətdarlığını bildirib.

“Report” xəbər verir ki, M.Dali bunu COP29 çərçivəsində yüksək səviyyəli iclasda çıxışı zamanı bildirib.

"COP29-un uğuru ədalətli keçid vasitəsilə dekarbonizasiyanın ölkələrimizə, xalqlarımıza və gələcək nəsillərə təklif etdiyi imkanlardan istifadədə qətiyyətli rəhbərlikdən asılıdır. Müsbət dəyişikliklər üçün yerinə yetirməli olduğumuz COP29 tapşırıqlar siyahımız da var", - o qeyd edib.

M.Dalinin sözlərinə görə, birincisi, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr temperatur artımını 1,5 dərəcə həddində saxlamaq hədəfinə uyğun olmalıdır: “Etibarlı təsirlərin azaldılması və effektiv uyğunlaşdırma arasındakı əlaqə ayrılmazdır. Özəl investisiyalar “yaşıl keçid”ə lazım olan maliyyəni artırmaq üçün həlledici əhəmiyyət kəsb edir”.

“COP29-un nailiyyətləri keyfiyyətli, ədalətli və inklüziv “yaşıl keçid”ə çevrilməlidir. Bu cür yanaşma həm sinergiya, həm də şəffaflıq tələb edir. COP29-u iqlim neytrallığına doğru vacib dövrə çevirmək bizdən asılıdır. Bu, qlobal sülh və təhlükəsizliyi təmin etmək üçün zəruri olan hədəfdir", - nazir vurğulayıb.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
COP29-un yüksək səviyyəli görüşü: Nazirlər iqlim böhranı ilə mübarizədə birgə səylər göstərməyə çağırıb
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
COP29 Azərbaycanı "Qlobal klub"un üzvü kimi yaşıl enerji bazarında gücləndirəcək - RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər