"Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib
Far.Az xəbər saytı

"Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib


"Global Media Group" Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 22 oktyabr 2026-cı il tarixində ənənəvi ağacəkmə aksiyasını həyata keçirib. "Yaşıl gələcək birlikdə kök salır" şüarı altında təşkil olunan aksiya Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində baş tutub.

Qrupa daxil olan media qurumlarının və şirkətlərin əməkdaşlarından, həmçinin, Bakı Avropa Liseyinin şagirdlərindən ibarət könüllülər ərazinin relyefini və yerli iqlim şəraitini nəzərə alaraq zeytun və şam ağacı tingləri əkib, onlara aqrotexniki qulluq göstəriblər.

Aksiyanın məqsədi ətraf mühitin qorunmasına, ekoloji tarazlığın saxlanılmasına və cəmiyyətdə ekoloji məsuliyyətin artırılmasına töhfə verməkdir.

BMT-nin Qlobal Sazişinin üzvü olan "Global Media Group" korporativ sosial məsuliyyət siyasəti çərçivəsində ekoloji layihələrə və ətraf mühitin mühafizəsinə xüsusi diqqət yetirir. Qrup gələcək nəsillər üçün daha sağlam və yaşıl mühitin formalaşdırılmasına yönəlmiş təşəbbüslərini mütəmadi olaraq davam etdirir.

"Global Media Group" haqqında:

"Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.

"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook| Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"SOCAR Midstream" ağacəkmə aksiyası keçirib
Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər