Cun Sumer: "Boneyra xalqı öz ölkələrində vətəndaşı kimi azad yaşamaqdan məhrum ediblər"
"Boneyra xalqı öz ölkələrində vətəndaş kimi azad yaşamaq hüququndan məhrum ediliblər".
"Report" xəbər verir ki, bunu BMT-də afrikaəsilli İnsanlar üzrə Daimi Forumun üzvü June Soomer (Cun Sumer) jurnalistlərə açıqlamasında deyib.
"Bakıda olmaq mənim üçün şərəfdir, çünki Boneyra xalqına öz müqəddəratını təyin etmək imkanı verilməsi uğrunda mübarizə aparmaq üçün buradayam.
Bakı Təşəbbüs Qrupu ilə bu istiqamətdə əməkdaşlıq etmək olduqca önəmlidir. Boneyra xalqı öz ölkələrində vətəndaş kimi azad yaşamaqdan məhrum ediliblər.
Dünyanın bu adada baş verənlərdən xəbərdar olması üçün böyük tədbirlərin keçirilməsi vacibdir" , - o qeyd edib.
Cun Sumer əlavə edib ki, müstəmləkəçilik, əsarət və əlaqəli bütün məsələlər barədə BMT-yə hesabat vermək onların mandatının bir hissəsidir:
"Müstəmləkəçilikdən əziyyət çəkən ölkələrin müstəqilliyə qovuşması üçün yeni təşəbbüslər olmalıdır və biz bu təşəbbüslərin qiymətləndirilməsini aparmalıyıq.
Hazırda müstəmləkəçi ölkələrlə birbaşa əlaqə qurmuruq, yəni həmin ölkələrə getmirik, çünki Avropa dövlətlərinin müstəmləkəçiliklə mübarizə sahəsində hansı addımları atdıqlarını qiymətləndiririk".
Far.AzOxşar xəbərlər
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Ağır xəstəlikdən əziyyət çəkən məşhur məşqçi: Həyatınızın qayğısına qalın, əlvida!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
Avropanın əhalisi 53 milyon azalacaq
-
Rusiya PUA-ları Rumıniyanın hava məkanına daxil olub
-
"CBS News": Çin qabaqcıl radiolokasiya komplekslərinin İrana verilməsi imkanını öyrənib













