Orxan Məmmədov: "Güclü çempionat olmasa, milli komanda yüksək səviyyədə çıxış edə bilməz"
Far.Az xəbər saytı

Orxan Məmmədov: "Güclü çempionat olmasa, milli komanda yüksək səviyyədə çıxış edə bilməz"


Güclü çempionat olmasa, milli komanda yüksək səviyyədə çıxış edə bilməz.

"Far.Az"un məlumatına görə, bu barədə Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov deyib.

Azərbaycan çempionatının 2026/2027 mövsümünün püşkatma mərasimində danışan qurumun rəhbəri 8-ci dəfə bu yarışı keçirdiklərini vurğulaylb:

"Minifutbolun inkişafı üçün yerli çempionatın olması vacibdir. Yeni mövsümdə də əsas məqsədimiz bu idman növünün daha da inkişaf etdirilməsi və turnirin səviyyəsini artırmaqdır. Milli komanda üçün istedadlı oyunçuların üzə çıxmasını da istəyirik. Bu il Avropa çempionatının qalibi olmuşuq. Güclü çempionat olmasa, milli yüksək səviyyədə çıxış edə bilməz. Daha çox komandanın Azərbaycan çempionatında rəqabət aparmasını istəyirik".

O.Məmmədov turnirdə 12 komandanın çıxış edəcəyini diqqətə çatdırıb:

"Stabillik bizim üçün çox vacibdir. Bəzən komandalar mövsümün ortasında problemlə üzləşirlər. Bu da futbolçulara pis təsir göstərir. Bu işə peşəkar səviyyədə yanaşmalı olduqlarını tövsiyyə edirik".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər