Fransa prezidentliyinə namizəd olan Marin Le Pen seçkilərdə qələbə qazanacağı təqdirdə hədəfinin Fransa ordusunun NATO-dan çıxarmaq olduğunu bəyan edib.
FAR.AZ "Oxu.az"a istinadən xəbər verir ki, o, fransız qoşunlarını NATO-nun birgə komandanlığına və ya gələcək Avropa komandanlığına ötürməyəcəyini vurğulayıb.
“Əgər prezident seçilsəm, NATO-nun birləşmiş komandanlığından istefa verəcəm, lakin qarşılıqlı müdafiə ilə bağlı 5-ci maddədən imtina etməyəcəyəm” – deyə sağçı namizəd bəyan edib.
Onun sözlərinə görə, Fransa ABŞ-ın protektoratına tabe olmayacaq.
“Ukraynada müharibə bitəndə və sülh bərqərar olanda mən NATO ilə Rusiyanın strateji yaxınlaşmasının tərəfdarı olacağam. Bu həm Avropanın, həm də ABŞ-ın maraqlarına uyğundur”, - deyə Marin Le Pen vurğulayıb.
FAR.AZ