Bugün
KİV: Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib KİV: Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib
İran Prezidentinin olduğu helikopterin axtarışlarının ilk görüntüləri yayımlanıb İran Prezidentinin olduğu helikopterin axtarışlarının ilk görüntüləri yayımlanıb
“Mehr” agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB “Mehr” agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB
KİV: İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb KİV: İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb     İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb    
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib

19-09-2023, 21:55 180

Anar Eyvazov: "Bölmələrimiz tərəfindən yalnız legitim hərbi hədəflər zərərsizləşdirilir" - YENİLƏNİB Anar Eyvazov: "Bölmələrimiz tərəfindən yalnız legitim hərbi hədəflər zərərsizləşdirilir" - YENİLƏNİB Sentyabrın 19-da Müdafiə Nazirliyi tərəfindən media nümayəndələri üçün brifinq keçirilib. Reportun xəbərinə görə, nazirliyin Mətbuat xidmətinin rəis

Sentyabrın 19-da Müdafiə Nazirliyi tərəfindən media nümayəndələri üçün brifinq keçirilib.

"Report"un xəbərinə görə, nazirliyin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov brifinqdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri uğurla davam edir.

Onun sözlərinə görə, tədbirlər zamanı Ermənistan silahlı qüvvələri birləşmələrinin 60-dan çox döyüş mövqeyi Silahlı Qüvvələrimizin nəzarətinə keçirilib: "Eyni zamanda Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan artıq artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan artıq "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirilib".

A.Eyvazov deyib ki, bəzi Ermənistan sosial media resurslarında guya bölmələrimiz tərəfindən mülki obyektlərin atəşə tutulması barədə yayılan məlumatlar təxribat və dezinformasiya xarakteri daşıyır: "Burada məqsəd ordumuzun imicinə xələl gətirmək və beynəlxalq ictimaiyyətdə lokal antiterror tədbirləri haqqında yanlış fikir formalaşdırmaqdır. Müdafiə Nazirliyinin rəsmi internet saytı və sosial media hesablarında yaydığımız videolardan da aydın görünür ki, bölmələrimiz tərəfindən yalnız legitim hərbi hədəflərə zərbələr endirilir.

Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı dəfələrlə müşahidə edilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bölmələrinin hədəfindən yayınmaq məqsədilə Ermənistan silahlı qüvvələrinin birləşmələri müxtəlif təyinatlı zirehli döyüş texnikası və atəş vasitələrini yaşayış məntəqələrində yerləşdirib, eyni zamanda hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir.

Məlum olduğu kimi arsenalımızda ən müasir tələblərə cavab verən yüksək dəqiqliyə malik silah və döyüş texnikası mövcuddur. Peşəkar hərbi qulluqçularımızın bu silahlardan istifadə edilməklə hədəfə aldığı hərbi obyektlərin məhv edilməsi üzrə verilən tapşırıqlar bir çox hallarda məhz hərbi obyektdə mülki şəxslərin olması aşkar edildikdən sonra obyektin hədəfə alınması dayandırılıb.

Bir daha bildiririk ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş texnikasını yaşayış məntəqələrində və yaxud onların ətrafında yerləşdirməsinə baxmayaraq yüksək dəqiqliklə həyata keçirilən atəş nəticəsində yalnız uzunmüddətli atəş nöqtələri, döyüş texnikası və hərbi məqsədlər üçün istifadə edilən hərbi infrastruktur sıradan çıxarılır və zərərsizləşdirilir.

Qeyd etdiyim faktlarla bağlı ictimaiyyətə mütəmadi olaraq videomateriallar təqdim edilib və bundan sonra da təqdim ediləcəkdir.

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı qüvvələri birləşmələrinin üzvlərini silahı yerə qoyaraq təslim olmağa çağırırıq. Həmçinin ərazidə olan mülki şəxslərə qətiyyən onlara yaxın durmamağı və hər hansı yardım etməməyi tövsiyə edirik. Tövsiyə xarakerli bildirişlər səsgücləndirici və digər texniki vasitələrlə çatdırılır".

Brifinq zamanı media nümayəndələrinə videomaterial da təqdim edilib.

20:37

Müdafiə Nazirliyi Qarabağda lokal antiterror tədbirlərinin davam etməsi ilə bağlı növbəti brifinq keçirib.

"Report" xəbər verir ki, brifinqdə nazirliyin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov çıxış edib.

O, düşmən sığınacaqları, texnikaları və digər infrastrukturlarının məhv edilməsi barədə ictimaiyyətə geniş məlumat verib.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq

Futbol

Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq

Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
Qərbi Azərbaycan Xronikası: “Qızıl Alma hədəfi və ona doğru gedən yol"

Region

Qərbi Azərbaycan Xronikası: “Qızıl Alma hədəfi və ona doğru gedən yol"

Qərbi Azərbaycan Xronikası: “Qızıl Alma hədəfi və ona doğru gedən yol"
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək

Region

Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək

Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Futbol

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
Azərbaycan Premyer Liqası: “Sumqayıt” uduzub, “Neftçi” və “Zirə” qələbə qazanıb

Futbol

Azərbaycan Premyer Liqası: “Sumqayıt” uduzub, “Neftçi” və “Zirə” qələbə qazanıb

Azərbaycan Premyer Liqası: “Sumqayıt” uduzub, “Neftçi” və “Zirə” qələbə qazanıb
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib

Region

Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib

Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub

Futbol

AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub

AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub

Region

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub