Bugün
Ermənistan səfiri İsrail XİN-ə çağırılıb Ermənistan səfiri İsrail XİN-ə çağırılıb
İrakli Kobaxidze: "Xarici agentlər haqqında" qanuna qarşı aparılan kampaniya rüsvayçılıqdır İrakli Kobaxidze: "Xarici agentlər haqqında" qanuna qarşı aparılan kampaniya rüsvayçılıqdır
"Italdizain" və "Lladró" Qarabağ atı heykəllərinin məhdud saylı seriyasını təqdim edir - FOTO "Italdizain" və "Lladró" Qarabağ atı heykəllərinin məhdud saylı seriyasını təqdim edir - FOTO
Vahid Hacıyev: "Qarabağ dinamik inkişaf edən “təmiz enerji” mərkəzinə çevriləcək" Vahid Hacıyev: "Qarabağ dinamik inkişaf edən “təmiz enerji” mərkəzinə çevriləcək"
Bakıda keçiriləcək yerli şirkətlərin tanıtım sərgisində 150-dən çox iştirakçı olacaq Bakıda keçiriləcək yerli şirkətlərin tanıtım sərgisində 150-dən çox iştirakçı olacaq
Ermənistan Fələstinin müstəqilliyini tanıyıb Ermənistan Fələstinin müstəqilliyini tanıyıb
Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 22 % artırıb Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 22 % artırıb
Türkiyədə otluq sahədə yanğın olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB Türkiyədə otluq sahədə yanğın olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Gürcüstan XİN: ölkənin xarici kursu Aİ və NATO-ya inteqrasiyaya yönəlib Gürcüstan XİN: ölkənin xarici kursu Aİ və NATO-ya inteqrasiyaya yönəlib
Kanada səfiri İran XİN-ə çağırılıb Kanada səfiri İran XİN-ə çağırılıb

19-09-2023, 22:48 216

Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri ilə görüşüb Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri ilə görüşüb 19 sentyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının açılışında iştirak məqsədilə Nyu York şəhərinə i

19 sentyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının açılışında iştirak məqsədilə Nyu York şəhərinə işgüzar səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

XİN-dən Far.Az-ya bildirilib ki, nazirlər Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik əlaqələrdən irəli gələn məsələləri, eləcə də bölgəmizdəki son vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal anti-terror əməliyyatı barədə məlumatlandırıb və bu əməliyyatı şərtləndirən amilləri diqqətə çatdırıb.

Nazir C.Bayramov vurğulayıb ki, beynəlxalq hüququ və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 4-cü bəndini kobud şəkildə pozmaqla Ermənistanın hələ də öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmaması, bütün mümkün siyasi, hərbi, maliyyə və ideoloji vasitələrlə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı seperatçılığı dəstəkləməkdə və təşviq etməkdə davam etməsi regionda gərginliyin əsas səbəbidir.

Ermənistan və onun tərəfindən Azərbaycanın suveren ərazilərində yaradılmış qanunsuz rejim tərəfindən son günlər ərzində hərbi təxribatların xüsusilə intensivləşdiyi, hərbi-quruculuq işlərinin geniş miqyas aldığı və döyüş mövqelərinin davamlı şəkildə gücləndirilməsinin müşahidə edildiyi, bütün bunların Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə iri miqyaslı hərbi təxribata hazırlıq gördüyünə dəlalət etdiyi qeyd edilib.

Son olaraq, 19 sentyabr tarixində qanunsuz erməni hərbi birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən basdırılmış minaların partlaması nəticəsində aralarında ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları, habelə bərpa işlərinə cəlb edilmiş mülki şəxslərin olduğu 6 nəfərin həlak olduğu və 6 nəfərin isə ciddi xəsarət aldığı vurğulanıb.

Silahlı qüvvələr tərəfindən həyata keçirilən lokal anti-terror əməliyyatının müstəsna olaraq legitim hərbi hədəflərə qarşı aparıldığı, Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək məqsədi güddüyü qeyd edilib.

Nazir C.Bayramov vurğulayıb ki, əməliyyat gedişində mülki şəxslərin və mülki infrastruktura zərər dəyməməsi üçün bütün tədbirlər görülüb. Azərbaycan tərəfi dəfələrlə bəyan etdiyi kimi, Qarabağ İqtisadi rayonunun erməni sakinlərinin bütün hüquq və azadlıqlarının, onların təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq insan hüquqları mexanizmləri əsasında təmin etməkdə qətiyyətlidir.

Nazir C.Bayramov vurğulayıb ki, bölgədə vəziyyətin sabitləşməsi üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması, qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi, qanunsuz rejimin bütün ünsürlərinin buraxılması labüddür.

Türkiyəli nazir hər zaman olduğu kimi Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəklədiklərini diqqətə çatdırdı.

Görüşdə qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Danimarka millisinin baş məşqçisi: İngiltərəni məğlub edə bilərdik

Futbol

Danimarka millisinin baş məşqçisi: İngiltərəni məğlub edə bilərdik

Danimarka millisinin baş məşqçisi: İngiltərəni məğlub edə bilərdik
AVRO-2024: İspaniya - İtaliya matçında ilk hissə başa çatıb

Futbol

AVRO-2024: İspaniya - İtaliya matçında ilk hissə başa çatıb

AVRO-2024: İspaniya - İtaliya matçında ilk hissə başa çatıb
Danimarka - İngiltərə matçının ən yaxşı futbolçusu açıqlanıb

Futbol

Danimarka - İngiltərə matçının ən yaxşı futbolçusu açıqlanıb

Danimarka - İngiltərə matçının ən yaxşı futbolçusu açıqlanıb
İngiltərə millisinin baş məşqçisi: İstədiyimiz səviyyədə oyun nümayiş etdirmirik

Futbol

İngiltərə millisinin baş məşqçisi: İstədiyimiz səviyyədə oyun nümayiş etdirmirik

İngiltərə millisinin baş məşqçisi: İstədiyimiz səviyyədə oyun nümayiş etdirmirik
Putin: Rusiya nüvə doktrinasına mümkün dəyişikliklər barədə düşünür

Region

Putin: Rusiya nüvə doktrinasına mümkün dəyişikliklər barədə düşünür

Putin: Rusiya nüvə doktrinasına mümkün dəyişikliklər barədə düşünür
Sabah İmişlidə 150 abonentin qaz təchizatı dayandırılacaq 

Energetika

Sabah İmişlidə 150 abonentin qaz təchizatı dayandırılacaq 

Sabah İmişlidə 150 abonentin qaz təchizatı dayandırılacaq 
Təmiz hava uğrunda mübarizə: Azərbaycan elektromobillərə doğru irəliləyir

Energetika

Təmiz hava uğrunda mübarizə: Azərbaycan elektromobillərə doğru irəliləyir

Təmiz hava uğrunda mübarizə: Azərbaycan elektromobillərə doğru irəliləyir
AVRO-2024: Danimarka - İngiltərə matçında bərabərlik qeydə alınıb - YENİLƏNİB - 5

Futbol

AVRO-2024: Danimarka - İngiltərə matçında bərabərlik qeydə alınıb - YENİLƏNİB - 5

AVRO-2024: Danimarka - İngiltərə matçında bərabərlik qeydə alınıb - YENİLƏNİB - 5