Bugün
Azərbaycanda bəzi reklamların məzmunları vahid mərkəzdən idarə olunacaq Azərbaycanda bəzi reklamların məzmunları vahid mərkəzdən idarə olunacaq
Türkiyə İraqa elektrik enerjisi ixracını bərpa edib Türkiyə İraqa elektrik enerjisi ixracını bərpa edib
Türkiyənin tanınmış yazıçısı vəfat edib Türkiyənin tanınmış yazıçısı vəfat edib
Sergey Markov: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışır Sergey Markov: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışır
AK Parti rəsmisi: Türkiyə ilə Suriya arasında normallaşma prosesi suriyalıların öz ölkələrinə qayıtmasını sürətləndirəcək AK Parti rəsmisi: Türkiyə ilə Suriya arasında normallaşma prosesi suriyalıların öz ölkələrinə qayıtmasını sürətləndirəcək
Türkiyənin yeddi vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib, həbs olunanlar var Türkiyənin yeddi vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib, həbs olunanlar var
Baş nazir: Zurabişvilinin "Xarici agentlər haqqında" qanuna qarşı iddiasının heç bir perspektivi olmayacaq Baş nazir: Zurabişvilinin "Xarici agentlər haqqında" qanuna qarşı iddiasının heç bir perspektivi olmayacaq
Ukrayna səfiri Türkiyəni digər vasitəçilərə nümunə göstərib: Güclü olmaq şərtdir Ukrayna səfiri Türkiyəni digər vasitəçilərə nümunə göstərib: Güclü olmaq şərtdir
Kobaxidze: Gürcüstan siyasətində “qara pullar" var Kobaxidze: Gürcüstan siyasətində “qara pullar" var
Ağrıdağda itkin düşən alpinistlərin meyitləri tapılıb Ağrıdağda itkin düşən alpinistlərin meyitləri tapılıb

19-09-2023, 22:50 156

Azərbaycan və Türkiyə XİN rəhbərləri Qarabağdakı antiterror tədbirlərini müzakirə ediblər - YENİLƏNİB Azərbaycan və Türkiyə XİN rəhbərləri Qarabağdakı antiterror tədbirlərini müzakirə ediblər - YENİLƏNİB VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən Sentyabr 19-da xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının açılışında
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

Sentyabr 19-da xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının açılışında iştirak məqsədilə Nyu York şəhərinə işgüzar səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik əlaqələrdən irəli gələn məsələləri, eləcə də bölgəmizdəki son vəziyyəti müzakirə ediblər.

Nazir Ceyhun Bayramov həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal anti-terror əməliyyatı barədə məlumatlandırıb və bu əməliyyatı şərtləndirən amilləri diqqətə çatdırıb.

Nazir C.Bayramov vurğulayıb ki, beynəlxalq hüququ və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 4-cü bəndini kobud şəkildə pozmaqla Ermənistanın hələ də öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmaması, bütün mümkün siyasi, hərbi, maliyyə və ideoloji vasitələrlə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı seperatçılığı dəstəkləməkdə və təşviq etməkdə davam etməsi regionda gərginliyin əsas səbəbidir.

Ermənistan və onun tərəfindən Azərbaycanın suveren ərazilərində yaradılmış qanunsuz rejim tərəfindən son günlər ərzində hərbi təxribatların xüsusilə intensivləşdiyi, hərbi-quruculuq işlərinin geniş miqyas aldığı və döyüş mövqelərinin davamlı şəkildə gücləndirilməsinin müşahidə edildiyi, bütün bunların Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə iri miqyaslı hərbi təxribata hazırlıq gördüyünə dəlalət etdiyi qeyd edilib.

Son olaraq, 19 sentyabr tarixində qanunsuz erməni hərbi birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən basdırılmış minaların partlaması nəticəsində aralarında ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları, habelə bərpa işlərinə cəlb edilmiş mülki şəxslərin olduğu 6 nəfərin həlak olduğu və 6 nəfərin isə ciddi xəsarət aldığı vurğulanıb.

Silahlı qüvvələr tərəfindən həyata keçirilən lokal anti-terror əməliyyatının müstəsna olaraq legitim hərbi hədəflərə qarşı aparıldığı, Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək məqsədi güddüyü qeyd edilib.

Nazir C.Bayramov vurğulayıb ki, əməliyyat gedişində mülki şəxslərin və mülki infrastruktura zərər dəyməməsi üçün bütün tədbirlər görülüb. Azərbaycan tərəfi dəfələrlə bəyan etdiyi kimi, Qarabağ İqtisadi rayonunun erməni sakinlərinin bütün hüquq və azadlıqlarının, onların təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq insan hüquqları mexanizmləri əsasında təmin etməkdə qətiyyətlidir.

Nazir C.Bayramov vurğulayıb ki, bölgədə vəziyyətin sabitləşməsi üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması, qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi, qanunsuz rejimin bütün ünsürlərinin buraxılması labüddür.

Türkiyəli nazir hər zaman olduğu kimi Azərbaycanın suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəklədiklərini diqqətə çatdırdı.

Görüşdə qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***19:42

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov və Hakan Fidan BMT Baş Assambleyası çərçivəsində danışıqlar aparıblar.

Bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

“Nyu-Yorkda danışıqlar zamanı bir sıra məsələlər, o cümlədən Qarabağdakı antiterror tədbirləri müzakirə olunub”, - məlumatda bildirilib.

Far.Az
Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Azərbaycanlı hakim Avro Çimərlik Futbolu Liqasında final matçını idarə edəcək

Futbol

Azərbaycanlı hakim Avro Çimərlik Futbolu Liqasında final matçını idarə edəcək

Azərbaycanlı hakim Avro Çimərlik Futbolu Liqasında final matçını idarə edəcək
Belqorod vilayətinin kəndi atəşə tutulub, 9 nəfər yaralanıb

Region

Belqorod vilayətinin kəndi atəşə tutulub, 9 nəfər yaralanıb

Belqorod vilayətinin kəndi atəşə tutulub, 9 nəfər yaralanıb
"Kəpəz" albaniyalı futbolçu ilə müqavilə bağlayıb

Futbol

"Kəpəz" albaniyalı futbolçu ilə müqavilə bağlayıb

"Kəpəz" albaniyalı futbolçu ilə müqavilə bağlayıb
Rusiyada zəncirvari qəzada üç nəfər ölüb

Region

Rusiyada zəncirvari qəzada üç nəfər ölüb

Rusiyada zəncirvari qəzada üç nəfər ölüb
Prezident: Yaşıl enerji ilə bağlı bir çox məqamlar insanları və qərar qəbul edənləri düşünməyə vadar edir

Energetika

İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir

Energetika

İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir

İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir
Prezident: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

"Milan" klubu 16 yaşlı futbolçusu ilə peşəkar müqavilə bağlayıb

Futbol

"Milan" klubu 16 yaşlı futbolçusu ilə peşəkar müqavilə bağlayıb

"Milan" klubu 16 yaşlı futbolçusu ilə peşəkar müqavilə bağlayıb