Bugün
KİV: Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib KİV: Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib
İran Prezidentinin olduğu helikopterin axtarışlarının ilk görüntüləri yayımlanıb İran Prezidentinin olduğu helikopterin axtarışlarının ilk görüntüləri yayımlanıb
“Mehr” agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB “Mehr” agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB
KİV: İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb KİV: İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb     İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb    
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib

19-09-2023, 22:55 270

Xarici media Qarabağda lokal antiterror tədbirlərindən yazır Xarici media Qarabağda lokal antiterror tədbirlərindən yazır Bir çox xarici KİV Azərbaycanın Qarabağ bölgəsində lokal antiterror tədbirləri ilə bağlı materiallar dərc edib. Reportun məlumatına görə, arabicpost

Bir çox xarici KİV Azərbaycanın Qarabağ bölgəsində lokal antiterror tədbirləri ilə bağlı materiallar dərc edib.

"Report"un məlumatına görə, arabicpost.net qeyd edir ki, Ermənistan və onun Azərbaycanın suverenliyi altında olan ərazilərdə qurduğu qondarma rejim normallaşma prosesinə zərər vurmaqda davam edir və gərginliyin azaldılmasına yönəlmiş bütün təklifləri rədd edir.

Əlcəzairin aljazeera.net nəşri qeyd edib ki, Azərbaycan Qarabağda erməni silahlı birləşmələrinə məxsus bir sıra atəş nöqtələrini məhv etdiyini açıqlayıb: “Yüksək dəqiqlikli silahlar Ermənistan silahlı qüvvələrinə və obyektlərinə zərbələr endirib”.

İspaniyanın rtve.es agentliyi yazır ki, lokal antiterror tədbirlərinə səbəb Qarabağ bölgəsində iki minanın partlaması, minaatanlardan və yüngül silahlardan atəşə tutulması nəticəsində iki mülki vətəndaşın və dörd Azərbaycan polisinin həlak olmasıdır.

Euronews.com, efe.com də Azərbaycanın Qarabağ bölgəsində lokal antiterror tədbirləri haqqında yazıb və qeyd edib ki, bu, iki mina partlaması nəticəsində altı azərbaycanlının - iki mülki vətəndaşın və dörd polisin həlak olmasından sonra baş verib.

Rusiyanın mk.ru və iz.ru nəşrləri Azərbaycan ordusunun komandanlığının lokal xarakterli antiterror tədbirlərinə başladığını vurğulayıb.

Forbes.ru isə yazır ki, Azərbaycan Qarabağda lokal antiterror tədbirləri həyata keçirir, onların məqsədi konstitusiya quruluşunu bərpa etmək, eləcə də Ermənistan silahlı qüvvələrini ölkədən çıxarmaqdır.

Vurğulanır ki, Azərbaycan Müdafiə Nazirliyi bu tədbirlərin başlamasına səbəb kimi Ermənistan hərbçilərinin mütəmadi olaraq atəşə tutmasını və əraziləri minalandırmasını göstərib.

“Nazirlik əmin edir ki, mülki əhali və infrastruktur tədbirlərin hədəfinə çevrilməyəcək. Ermənistan silahlı qüvvələrinin mövqelərinə, onların uzunmüddətli atəş nöqtələrinə, eləcə də döyüş obyektlərinə və hərbi obyektlərə zərbələr endiriləcək", - forbes.ru qeyd edir.

Kommersant.ru nəşri qeyd edir ki, lokal antiterror tədbirləri 2020-ci ildəki üçtərəfli bəyannamənin müddəalarını təmin etmək, eləcə də Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə başlayıb: "Digər səbəblər tərksilah, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpasıdır".

RBC nəşri vurğulayır ki, Bakı Ermənistan qoşunlarının bölgədən çıxarılmasını və tanınmamış respublika hökumətinin istefasını tələb edib.

Amerikanın cnbc.com, Britaniya telegraph.co.uk, müstəqil.co.uk, news.sky.com, İsrail israelhayom.co.il, news.walla.co.il, Pakistan dailypakistan.com, Indian hindustantimes.com qeyd edib ki, Azərbaycan Qarabağdakı qeyri-qanuni rejimin tam təslim olmasını tələb edib.

“Qeyri-qanuni erməni hərbi birləşmələri ağ bayraq qaldırmalı, bütün silahları təhvil verməli və “qeyri-qanuni rejimi” ləğv etməli olacaq”, - deyə KİV-də qeyd olunub.

Paylaş

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR

Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq

Futbol

Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq

Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
Qərbi Azərbaycan Xronikası: “Qızıl Alma hədəfi və ona doğru gedən yol"

Region

Qərbi Azərbaycan Xronikası: “Qızıl Alma hədəfi və ona doğru gedən yol"

Qərbi Azərbaycan Xronikası: “Qızıl Alma hədəfi və ona doğru gedən yol"
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək

Region

Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək

Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Futbol

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
Azərbaycan Premyer Liqası: “Sumqayıt” uduzub, “Neftçi” və “Zirə” qələbə qazanıb

Futbol

Azərbaycan Premyer Liqası: “Sumqayıt” uduzub, “Neftçi” və “Zirə” qələbə qazanıb

Azərbaycan Premyer Liqası: “Sumqayıt” uduzub, “Neftçi” və “Zirə” qələbə qazanıb
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib

Region

Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib

Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub

Futbol

AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub

AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub

Region

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub

Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub