Türkiyə BƏƏ-yə ravvini qətlə yetirən şəxslərin tutulmasında kömək edib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İsrail ravvini və yəhudi dini hərəkatının nümayəndəsi Tzvi Koqanın öldürülməsində şübhəli bilinən şəxslərin saxlanılmasında göstərdiyi köməyə görə Türkiyə hakimiyyətinə təşəkkür edib.
“Far.Az” xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Birləşmiş Ərəb Əmirlikləri Tzvi Koqanın ailəsinə dərin hüznlə başsağlığı verir. Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi həmçinin cinayətkarların tutulmasında göstərdikləri əməkdaşlığa görə Türkiyə Respublikasının hakimiyyət orqanlarına səmimi təşəkkürünü bildirib", - məlumatda vurğulanıb.
Bu arada Türkiyə Milli Kəşfiyyat Təşkilatı Tzvi Koqanın ödürməkdə şübhəli bilinən üç Özbəkistan vətəndaşını İstanbulda saxlanıldığı barədə məlumat yayıb.
Qeyd edək ki, Tzvi Koqan İsrail və Moldova vətəndaşıdır. O, 2020-ci ilin sonunda İsrail və BƏƏ arasında diplomatik əlaqələr qurduqdan sonra Əbu-Dabidə yaşayıb. “Habad” dini hərəkatının nümayəndəsi həm də BƏƏ-dəki baş rezident ravvin Levi Duhmanın köməkçisi olub.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalanıb - YENİLƏNİB
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
-
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
-
Tramp bildirib ki, İran artıq ABŞ-ni ələ salmayacaq
-
Azərbaycan Kuboku: Cari mövsümdə tamaşaçı sayı son 10 ilin ən yüksək göstəricisi kimi yadda qalıb
-
Tramp: ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarını əldə etmək istəyir













