Belarusda ordunun ehtiyacları üçün “Starlink”in analoqu hazırlanır
Far.Az xəbər saytı

Belarusda ordunun ehtiyacları üçün “Starlink”in analoqu hazırlanır


Dekabr ayına qədər Belarus ordusu ölkədə hazırlanmış və “Starlink”in analoqu adlandırılan mobil rabitə dəstini alacaq.

“Far.Az” xəbər verir ki, bu barədə Belarus Silahlı Qüvvələrinin rabitə rəisi Vadim Romaniv “Belarus 1” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, kəşf Belarus prezidentinə ötən il təqdim edilib: “Bu il biz bu dəsti demək olar ki, mükəmməl şəkildə inkişaf etdirdik və keyfiyyətini, göstərilən xidmətlərin sayını artırdıq”.

Rabitə rəisi vurğulayıb ki, dekabrda orduda başlayacaq yeni tədris ili başlamazdan əvvəl Belarus Silahlı Qüvvələrinə yeni rabitə dəsti veriləcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər